/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

“Lider” TV beynəlxalq əlaqələrini genişləndirir

Şriftin ölçüsü:  11px13px15px17px

Daim yeniliklər axtarışında olan “Lider” TV beynəlxalq əlaqələrini genişləndirir. Dünya təcürbəsini öyrənmək və onu tətbiq etmək məqsədilə telekanal əməkdaşları üçün növbəti treninqlərə start verilib. «Lider» televiziyasında növbəti treninqi Türkiyənin məşhur televiziya mütəxəssisi Zəfər Kiraz aparır. Uzun illər «TRT» kanalının xəbər proqramının əsas simalarından olan Zəfər Kıraz, 9 ildir ki, müxtəlif ölkələrdə treninqlər keçirərək mütəxəssilər yetişdirir. «Lider» televiziyasınn Tədris Mərkəzində təşkil edilən treninqlərdə jurnalistlərə düzgün tənəffüs, diafraqma hərəkətlərindən tutmuş, bədən dili anlayışına qədər önəmli məsələlər tədris olunacaq. Tədris prossesində müxbirlərlə yanaşı, produser, aparıcı və texniki heyət də iştirak edir. “Müasir xəbərçilik operativliyi və dəqiqliyi sevir. Bu meyarları təmin edən isə ilk növbədə jurnalistdir”. Türkiyənin məşhur spikeri Zəfər Kirazın fikrincə, dünyanın heç bir teleməkanı bu faktorlara dolğunluğu ilə cavab vermir. Sadəcə xəbərçilikdə seçilən və çəkisi olan telekanallar var. Məşhur televiziya aparıcısının xəbərçiliyə yanaşması olduqca həssasdır. “Jurnalist gərək xəbərin qoxusunu duysun. Xəbər onun qanında olsun” deyən Zəfər Kiraz 5 günlük teaninqlərdə televiziyamızın əməkdaşlarına bu peşənin ən incə kefiyyətlərini aşılayacaq. Ruqiyyə Nəcəfli

19:00 / 12.01.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 10025
Bu ay: 544927
Ümumi: 15311468
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın