
«Radio Lider»-də bu gün bayram ab - havası hökm sürür. 15 illiyini qeyd edən radionun efiri də yubiley ovqatına köklənib. Sevincimizi isə 15 ildir bizi dinləyən, sadiq tamaşaçılarımızla bölüşürük. Bu gün səsləndirilən musiqilər onlara ərmağan edilir. 107 fm dalğası ənənəsinə sadiq qalaraq dünya və yerli caz ifalarından seçmələrlə zövqünüzü oxşayacaq. Bu günki efirimiz həm də qonaq-qaralıdır. Radiomuza gələn respublikanın tanınmış incəsənət xadimləri «107 fm» dalğasına təbriklərini ünvanladılar.
13:00 / 15.11.2014