/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Radio Lider» -15

Şriftin ölçüsü:  11px13px15px17px

«Radio Lider» artıq 15 ildir ki, öz dinləyicilərinə xoş anlar yaşadır. Bu dövr ərzində böyük dinləyici auditoriyası qazanmağı da bacarıb. Təbii ki, öz yenilikləri ilə və bu yenilikləri təqdim edən ilklərlə. Həmin yenilik və ilklərə müasir baxış bucağını isə əməkdaşlarımız təqdim edəcək.
Radio məkanında bir çox ilklərə imza atan «Radio Ledir» yarandığı gündən öz liderliyini qoruyub saxlamaq üçün fərqli yanaşmalar, fərqli layihələrlə dinləyicilərinin zövqünü oxşamağa çalışdı. Bunu bacardı da. Məhz öz ilkləri ilə. O ilklərlə ki, radio ilə insanların canlı vəhdətini qura bildi. Bütün dinləyicilərini səslədi və öz ətrafına topladı. «Dənizdə döyüş.
….Bəli məhz bu ilk layihə ilə hər kəs dənizdə «Radio Lider»-lə bərabər musiqi və rəqs döyüşünə çıxdı. Bu, «Radio Lider»-i növbəti yeniliyə sövq etdi. Radioların lideri Azərbaycan radiosu «Pəncərədən efir» layihəsini təqdim etdi. Burada isə məhz Azərbaycan kinoteatrından canlı olaraq dinləyicilərlə əlaqə yaratdı.
Bu da kifayət etmədi, çünki inkişaf və inteqrasiya idi məqsəd. Buna da yalnız ilklərlə imza atmaq mümkün idi. Və beləliklə «Sinerji didjey» layihəsi dinləyənlərə təqdim olundu. Bu isə Azərbaycanda ilk dəfə olaraq didjey musiqilərinin radio vasitəsilə təqdimatı demək idi. Bundan sonra necə? «Radio Lider» öz məqsədindən daşınmalı idimi? Təbii ki, yox. Uğura, yenə də uğura doğru…... Və «Selektor» radio layihəsi ortaya qoyuldu. Məhz bu veriliş, Azərbaycan radio məkanında Britaniya və Qərb musiqilərini ilk dəfə olaraq dinləyicilərə təqdim eidi.
Vaxt «Radio Lider»-in xeyrinə işləyirdi. İnkişaf, yenə də inkişaf. İndi elə bir yenilik yaradılmalı idi ki, tarixə öz möhrünü vursun. Həm tamaşaçı, həm də dinləyici sevgisini eyni anda qazandırsın. Yəni zaman artıq radio ilə televiziya əməyinin sintezinə çatmışdı. Bunu isə ilk dəfə olaraq «Radio Lider» «Dj time» verilişi ilə reallaşdırdı. Və tamaşaçı ilə dinləyici auditoriyasını birdən qazandı.
Amma ilklər yalnız verilişlərlə məhdudlaşmırdı. Bu layihələrin təqdamatçıları da radio məkanda ilklər idi. Yəni o şəxslər ki, ilk addımlarını «Lider» radiosunda atdılar. Təbii ki, bunun məsuliyyətini dərk edərək. Əmək fəaliyyətinə «Radio Lider»-də başlayan Zaur Məmmədov…. İndi həkim kimi fəaliyyət göstərən Zaur «Lider» radiosunda «Dənizdə döyüş», «Dj time» verilişinin aparıcısı kimi «Radio Lider» əməkdaşları sırasında ilklərdən biri oldu.
«Radio Lider bu gün də həyatımın ayrılmaz hissəsidir» - Azərbaycan radiosunun ilklərindən olan Arif Əliyev «107 fm»-də topladığı 9 illik təcrübəsindən bu gün də bəhrələnir. Bu studiyada həmişə pult arxasında olan Arif bu gün studiyamızda qonaq idi, təəsirləndi…. «Elə bil illərdir ailəmdən uzaq düşmüşəm»….. Həmin kollektiv ki, hələ də öz dinləyicilərini unutmur, fürsət düşən kimi onlara öz diqqətini göstərməyə çalışır.
hazırda həmin verilişlər, yayımlanmasa da, o şəxslər «Radio Lider»-də öz fəaliyyətlərini dondursalar da ilk iş təcrübələri bu insanların həyatında əhəmiyyətli rol oynadı. İlk olmağın təəssüratını yaşayan bu ilklər sonrakı iş həyatında da lider olmağı «Lider»-dən öyrəndilər. 15 illik fəaliyyət bir daha sübut etdi ki, liderlik missiyası «Radio Lider»-in alın yazısıdır.
Təranə Ziyadzadə

13:00 / 15.11.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 22752
Bu ay: 128024
Ümumi: 14262385
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın