/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

550-dən çox uşaq onkoloji xəstəliklərdən əziyyət çəkir

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkədən 550-dən çox uşaq onkoloji xəstəliklərdən əziyyət çəkir. Milli Onkologiya Mərkəzinin uşaq klinikasında 55 uşaq bu xəstəlik üzrə müalicəsini davam etdirir. Dünyanın ən təsirli mənzərəsidir kədərli uşaq baxışları. 4 ildir xərçəngdən əziyyət çəkən zibəndənin gözlərindəki qəm də ayrıca bir həyat hekayəsidir. Xəstəliyi təkcə əlindən davamlı məktəb həyatını almayıb. Uzun hörükləri, gözəl təbəssümünü onun üçün xatirəyə çevirib. Yaşından böyük dərdin ağırlığı onu elə yaşından böyük düşüncülərlə yaşamağa vadar edib. O, oyuncaq, gəlincik, əlbisə - filan istəmir. Daha himanist arzularla yaşamaq eşqini alovlandırmağa çalışır. Milli Onkologiya Mərkəzinin uşaq klinakasında zibəndə kimi 55 uşaq müalicə alır. Valideyinlərinin təbirincə desək onlar çətin günün dostlarıdırlar. Elə aytən də burada özünə çoxlu dost qazanıb. Birgə oynadıqları, əyləndikləri, gülüb-ağladıqları, nəhayət onların ümid yerləridir milli onkologiya mərkəzi. Öz uşaq təfəkkürləri ilə buranı baxça da adlandırırlar. Bu baxçanın divarlarını da öz uşaq dünyaları ilə bəzəyirlər. Uşaq onkoloji xəstəlikləri arasında ən geniş yayılanı qan xərçəngi, yəni leykozdur. Milli Onkologiya Mərkəzinin uşaq klinikasının müdiri ramin məlikov deyir ki, vaxtında və düzgün müalicə aparılarsa, uşaqlarda bu xəstəliyin tamamilə sağalması mümkündür. Milli Onkologiya Mərkəzinin uşaq klinikasında müalicə olunun bu uşaqlar da tezliklə sağalıb, buradan evlərinə gedəcəkləri günü səbirçsizliklə gözləyirlər. Ruqiyyə Nəcəfli

19:00 / 29.10.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 14561
Bu ay: 428009
Ümumi: 15778245
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın