/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Səhiyyə müəssisələri yenilənir

Şriftin ölçüsü:  11px13px15px17px

Neftçalada tibbi xidmətin yüksəldilməsi istiqamətində əsaslı işlərə başlanılıb. Müasir tələblərə cavab verməyən rayon mərkəzi xəstəxanası ölkə rəhbərinin sərəncamına əsasən yenidən qurulur.
Ötən əsrin 70-ci illərində tikilən və indiyədək bir dəfə də olsun təmir aparılmayvan Neftçala rayon mərkəzi xəstəxanasının əsaslı yenidənqurmasına keçən ildən başlanılıb. Artıq 9 korpuslu xəstəxanada tikiti işlərinin 70 faizə yaxını görülüb.
Təmirdən sonra görkəmi ilə yanaşı, səhiyyə müəsissəsində əhaliyə göstərilən xidmətin səviyyəsi də yüksələcək. Buna nail omaq üçün xəstəxanada müasir tibbi avadanlıqlar quraşdırılacaq. Həmçinin tibbi heyətin bilik səviyyəsinin artırılması istiqamətində iş aparılacaq.
Yenilənən səhiyyə ocağında ilk dəfə olaraq böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə dialez xidməti də göstəriləcək. Dəyişiklik həm də onda ibarət olacaq ki, əvvəllər ayrı-ayrı binalarda fəaliyyət göstərən tibb müəssisələrinin hamısı yenilənən tibb şəhərciyində yerləşəcək. Xəstəxananın 2016-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Elman Əliyev

13:00 / 29.10.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 14703
Bu ay: 265899
Ümumi: 13755515
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın