/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Şəkərli dibet xəstəliyindən əziyyət çəkənlərin sayı artıb

Şriftin ölçüsü:  11px13px15px17px

Şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı ilbəil artır. Bu xəstəlik artıq təkcə ömürlük deyil, həm də ölümcüldür. Belə olan halda isə şəkərli diabetlə mübarizədə seçilən metod qənaətbəxş hesab edilirmi, nəyə görə ilbəil bu cür xəstələrin sayı artır? Ötən ilin statistik göstəricilərinə görə, Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 177 min 474 nəfərə çatıb. Onlardan 26 min 398-i insulindən asılı, qalan 150 min 548 nəfəri isə dərmanlarla müalicə alanlardır. Son on ilin statistikası xəstəliyin 3,6 dəfə artdığını göstərir. Artım yalnız Azərbaycanda deyil, dünya əhalisi arasında da müşahidə olunur.
Bu xəstəliyin orqanizmdə yaratdığı fəsadlarla mübarizə aparanlardan biri də Reyhan İsmayılovadır. 10 ilə yaxındır ki, şəkərli diabetdən əziyyət çəkən Reyhan xanım xəstəliyin yaranma səbəbini sonradan bilib. Deyir bəlkə bu xəstəliklə bağlı kifayət qədər məlumatlı olsaydı, özünü yaranma səbəblərindən qoruyardı.
Bu xəstəlik artıq ömürlük statusuna ölümcül olmağı da əlavə edib. Problemə ciddi yanaşılması gərəkən bir vaxtda, maarifləndirmə istiqamətində görülən işlər heç də ürəkaçan deyil. Araşdırmamızdan bəlli oldu ki, insanlar hələ də şəkərli diabetin yaranma səbəblərindən məlumatsızdırlar. Nisbətən informasiyalılar isə ailələrində şəkər xəstəsi olanlardır. Mütəxəssislərsə deyir ki, əhalinin maarifləndirilməsi istiqamətində yetərincə işlər görülür. Onların fikrincə yalnız azərbaycanda deyil, dünyada bu xəstəliyin geniş yayılmasının qarşısını almaq lazımdır.
Ancaq görünən odur ki, təkcə monitoriq aparmaqla problem aradan qalxmır. Şəkərli diabetin yaranma səbəbləri və necə qorunmağın yollarını təkcə bu xəstəliyə artıq tutulanlar yox, risk qrupuna daxil olan və olmayan bütün insanlar bilməlidirlər. Görüləcək işlərsə yəqin ki, maariflənmədən başlayır. Təkcə paytaxt sakinləri arasında keçirdiyimiz sorğudan da bəlli oldu ki, maarifləndirmə yox səviyyəsindədir.
Son zamanlar bir sıra səhiyyə ocaqlarında bu xəstəliyin birdəfəlik aradan qaldırılmasının mümkünlüyü ilə bağlı reklamlar verilir. Mütəxəssislərsə bütün dünyada tibbin şəkərlə mübarizədə hələ ki, aciz olduğunu bildirirlər. Bu xəstəliyin əməliyyat yolu ilə müalicəsini mümkünsüz sayırlar.
Qeydiyyatda olan 177 min 474 nəfər ölkəmizdə şəkərli diabet xəstəliyinin artan xətlə inkişaf etdiyini göstərir. Səhiyyənin, sağlamlığımıza cavabdeh qurumların üzərinə düşən öhdəlik cəmiyyəti, xüsusilə risk qrupuna daxil olanları maarifləndirmək, xəstəliyə düçar olanlarasa bu xəstəliklə düzgün mübarizə aparmağa hesablanmış müalicə usulları tətbiq etməkdir.
Təranə Ziyadzadə

13:00 / 17.10.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 8444
Bu ay: 315122
Ümumi: 13804738
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın