/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

İslamla müasir incəsənətin dialoqu

Şriftin ölçüsü:  11px13px15px17px

Moskvada nüfuzlu beynəlxalq “Cəmil festivalı”nın qalibləri və mükafatçılarının sərgisi keçirilir. Ekspozisiyada 20-yə yaxın müasir incəsənət əsəri təqdim edilir. Azərbaycanlı rəssam da qaliblər arasındadır. Ətraflı müxbirimiz Anar Həsənovun reportajında.
İlk dəfə Moskvaya gətrilmiş müasir incəsənət əsərləri bədii rəngarəngliyi ilə təəccübləndirir. Rusiyanın nüfuzlu sərgi mərkəzi sayılan Yeni Manejin zallarındakı təkrarolunmaz ərəb kalliqrafiya ve tipoqrafikası, İstanbuldakı Aya sofya məscidinin ornamentləri əsasında hazırlanmış qadın paltarları, videoinstallyasiyalar ve miniatürlərin hər biri diqqət çəkir.Onların arasında azərbaycanlı rəssam Faiq Əhmədin də iki xalçası var. Əsərlərin ilk baxışdan kompyuter proqramı vasitəsilə işləndiyini düşünmək olar. Amma bu belə deyil.
Xalçanın bir hissəsi milli ornamentlərlə bəzədilsə də, sonradan şəkil pikselini xatırladan bu ğörüntü ona işarədir ki, illərlə və əsrlərlə yaradılan ənənələr bir an içində dəyişdirilə bilər. Sərgi Londonun Albert ve Viktoriya Muzeyinin dəstəyi ilə keçirlir.
Müsabiqənin qaliblərindən biri də "İstanbulun kontrastları" adlanan bu qadın geyimləridir. Müəllifler Edye ve Ayşə bacıları "Kaftan" işini osmanlı xanədanlarının geyimlərindən ilhamlanaraq yaradıblar. Sərgi noyabrın 23-dək davam edəcək.
Anar Həsənov

09:00 / 14.10.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 15582
Bu ay: 513136
Ümumi: 12039904
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın