
Hər zaman yenilikləri ilə tamaşaçılarını təəccübləndirən «Lider» TV daha bir yeniliyə imza atıb. Proqramçılarımızın işlədiyi android sistemli smartfonlar üçün «Ay reportə» tətbiqetməsi tamaşaçıları telekanalımıza daha da yaxınlaşdıracaq. Rastlaşdığınız ekstremal və maraqlı hadisələri, sizi narahat edən problemlərin görüntülərini anındaca bizə göndərə bilərsiniz.
Hər zaman texnologiyada qabaqcıl yeniliklər edən «Lider» TV bu dəfə çox sadə proseslə, bir düyməyə toxunmaqla əlinizdəki görüntünü «Lider tv»-nin FTB şəbəkəsinə atmış olursuz. Gəlin sınaqdan keçirək. Bir selfie edirəm. Knopkanı basıb göndərdim…
Bəs bu proqramı necə yükləməli? Android tipli telefonlarda playmarketə daxil olub «İ reportə» yazıb axtarış edirsiniz. Sonra bu aplikeyşn cəmi 2 meyabaytdı. Onu telefona yükləyirsiz. Burda video, şəkil yerləri var. Hansını istəsə seçə bilər.
Bu proqramın əhəmiyyəti ondan ibarətdir ki, qarşılaşdığınız maraqlı hadisələri, kuryozları, müxtəlif olayları anındaca bizə göndərməklə öz çəkdiyiniz videonun müəllifi ola bilərsiniz. Eləcə də, sizi narahat edən problemlərin işıqlandırılmasını istəyirsinizsə, telfonla çəkib, bu proqram vasitəsilə bizə göndərə bilərsiniz. Bir sözlə, başqasının görmədiyini görürsünüzsə, o zaman tələsin! Bizdən biri olun- mobil repartyor olun. «Lider TV»-nin xəbərlər xidməti sizin videolarınızı gözləyir.
00:00 / 05.09.2014