
Dünyaca məşhur olan «National geographi» jurnalı Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın dəstəyi ilə artıq Azərbaycanda da dərc olunacaq. Yeni buraxılışda Azərbaycan dilli oxucuların maraq dairəsinə uyğun materiallar yer alacaq.
1888-ci ildən dərc olunan jurnal hərtərəfli və aktual məqalalər, əfsanəvi fotoilliüsrasiyalar vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Junrnalın ilk xarici dildə nəşri 1995-ci ildə Yaponiyada olub. Jurnalın 60 milyon oxucusu var. Dərgi artıq 40 dildə dərc olunur.
“National geographi” jurnalı Qafqazda ilk dəfə 2012 ci ildə Gürcüstanda dərc edilməyə başlayıb. Onun səhifələrində mədəni hadisələr, elmi, texniki nailiyyətlər öz əksini tapır. Jurnalın 40 cı versiyası artıq azərbaycan dilində olacaq.
«National geographi Azərbaycan» jurnalının təqdimatı Bakıda keçirilən tədbirlə qeyd olunub. Tədbirdə bildiriib ki, jurnal planetimiz üçün həyati əhəmiyyət kəsb edən kritik məsələləri yerli dildə çap edəcək. Qlobal əhəmiyyətli dərgi oxucusunu planetin qayğısına qalmağa təşviq edir.
“National geographi Azərbaycan” jurnalının dərc edilməsinə sentyabr buraxılışı ilə start veriləcək. İlk buraxılışın ən mühüm materialı «Azərbaycanın rəngləri» haqqında olacaq. Jurnal aylıq dərc olunaraq qəzet köşklərində və abunə yolu ilə satılacaq.
Türkan Mahmudova
13:00 / 02.09.2014