/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Lider»-in 14 ili

Şriftin ölçüsü:  11px13px15px17px

14 il ərzində maraqlı anları, hadisələri kameranın yaddaşına köçürüb, sizinlə paylaşdıq. «Lider» TV fərqli və özünəməxsus dəst-xətti ilə geniş tamaşaçı auditoriyasına rəngarəng, bir-birindən dəyərli layihələr təqdim etdi. Bu illər ərzində tamaşaçı marağı və istəyi bizim üçün önəmli oldu. 15 yaşına qədəm qoyan televiziyamız yenə də tamaşaçılarını sevgi və sevinclə salamlayır.
Biz televiziya sahəsində yeni bir tərz yaratdıq. Heç kimi təkrarlamadıq. Fəaliyyətimizdə əsas məqsəd Azərbaycan xalqını dəqiq, obyektiv informasiya ilə təmin etməkdir. Buna görə də, əsas üstünlük məhz səda informasiya proqramına verilib. Məhz, «Lider» televiziyasının efirində cəmiyyətin aktual problemlərinə kreativ yanaşmanın şahidi oldunuz.
Bizim üçün insan amili və onların problemləri hər zaman öndə gəlir. Məhz ona görə də yaşadıqlarınızı biz də sizinlə paylaşırıq.
Ölkə və dünya siyasəti «Lider» televiziyasında müzakirə edilir. Sosiumla tamaşaçılarımızın problemlərinə yardımçı olmağa çalışırıq. Ekonomikslə ölkə və dünya iqtisadiyyatında baş verən dəyişiklikləri, yenilikləri sizə çatdırırıq. İstifadə etdiyiniz məhsulların keyfiyyətini barkodla yoxlayırsınız. Dünya idmanının ən mötəbər yarışları, ən maraqlı hadisələri bizim efirdən izlənilir. Öz seçiminizi müzakirələrin aparıldığı, əks fikirlərin toqquşduğu «Seçim» tok şousunda edirsiniz. Həftə sonunu xoş keçirməyiniz də diqqət mərkəzindədir. Məhz «Bizim səda» evinizin qonağıdır.
«Lider» televiziyası gənclərin vətənpərvərlik ruhunda yetişməsinə də böyük diqqət ayırır. Milli qəhrəmanlarımızı, vətən uğrunda canından keçən şəhidlərimizi, Azərbaycan ordusunun gücünü patriot sizə göstərir. «Lider» televiziyası Azərbaycan teleməkanında dünyaya yayımlanan ilk kanal kimi tarixə düşüb. Bütün dünya Azərbaycanla bağlı məlumatları, məhz «Lider» televiziyasından alır. Dünyanı da sizin evinizə gətirdik.
Geridə qalan 14 il ərzində biz «Lider» televiziyası olaraq məhz yeniliklərimizlə sizin xidmətinizdə olduq. Xarici filmlərin yayımlanması ilə bağlı özəl kanallar arasında ilk dəfə məhz «Lider» televiziyası lisenziya almağa nail oldu. Həmin filmlərin ana dilində səsləndirilməsi üçün Azərbaycanda ilk dəfə «Lider»-də dublyaj redaksiyası yaradıldı. Dünyanın ən böyük reytinqinə malik televerilişlərin yayımlanması hüququna məhz «Lider» televiziyası sahibləndi. «Milyonçu» olmaq istəyənlər yarışdılar. «Zəif bənd»-lər arasında güclü seçilənlər mükafatlandırıldılar. İlk dəfə olimpiya oyunlarının canlı yayımlanması da «Lider» televiziyasının adı ilə bağlıdır.
İşdən yorğun gələnlər, evdə darıxanlar, vaxtını daha xoş keçirmək istəyənlər də məhz «Lider»-in əyləncəli, maraqlı, və təkraredilməz proqramlarını izləyə bildilər. «Tetatet»də Azərbaycanın ən populyar və görkəmli şəxslərinin heç vaxt, heç yerdə səsləndirmədikləri həyat hekayəsini dinlədiniz. Gənclər «Lider» televiziyasını özünə dost seçib «Tap dostum» dedilər. Hər birimiz «Bir könüldən» deyib, həyat tərzimizi seçdik. Zarafatsız, zarafatlarla dolu «Solo»-nu izlədik. «Kəndimiz»-lə kəndlərimizi gəzib, evlərinizə qonaq olduq, «Ay ev yiyəsi» dedik. Çayınızı içdik. Oxuduq. Güldük. Əyləndik. Sevindik. Sizinlə birlikdə. «Ağlasığmaz» olayların şahidi olduq. Siz tamaşaçılarımızın «Lider» televiziyasına olan diqqətinizə «Bəyəndim» dedik.
Fəaliyyətimizin 15-ci ili üçün də xüsusi hazırlaşmışıq. Yeni mövsümdə yeni verilişlərlə, dünyanın hər yerindən ən fərqli və ən maraqlı xəbərlərlə, yeni və böyük layihələrlə görüşünüzə gələcəyik. Biz hər zamankı kimi yenə də sizinlə olacağıq.
Vüsal Qaraca

13:00 / 01.09.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 9442
Bu ay: 260905
Ümumi: 14395266
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın