/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Səhiyyə sahəsində yeni bir uğura imza atıldı

Şriftin ölçüsü:  11px13px15px17px

Səhiyyə sahəsində yeni bir uğura imza atılıb. Daxili İşlər Nazirliynin hospıtalında respublikamızda ilk dəfə koxlear implantasıya həyata keçirilib. Bir neçə gün ərzində Sankt Peterburqdan gələn mütəxəssislə birgə yerli həkimlərimiz 4 əməliyyatlda iştirak edib. Qeyd edək ki, əməliyyat zamanı daxili qulağa yerləşdırılən koxlear implant normal eşitmək imkanı verir.
3 yaşlı mirabutalıbın anadangəlmə qüsuru var. Eşitmə qabiliyyəti tamamilə olamayan balacanın bu qüsuru aradan qaldırılıb. İki gündür qulağından koxlear implantasiya olunan qəhrəmanımız qısa bir müddətə necə deyəllər anasının səsinə hay verəcək.
Azərbaycan səhiyyəsi yeni bir ilkə imza atdı. Dinlədiyiniz bu məlumat eşitmə orqanınız olan qulaqa bağlıdır.
Sankt Peterburqun eşitmə qüsurunun diaqnostikası və realibitasiyası üzrə şöbə müdiri Vladislav Kuzavkov ölkəmizdə yerli həkimlərlə birgə artıq 4-cü əməliyyatını həyata keçirib.
40-45 dəqiqə ərzində baş tutan əməliyyatda əvvəlki eşitməni geri qaytarmaq, olmayan eşitməni qazanaraq danışığa yiyələnmək mümkündür. Ölkəmizdə ilk olaraq bu implantasiya Daxili İşlər Nazirliynin Arif Heydərov adına Respublika Hospitalında baş tutdu. Bir neçə gün ərzində 4 pasient üzərində əməliyyatda əcnəbi həkimlə bərabər yerli həkimlərimiz iştirak edib. Qeyd edək ki, koxlear əməliyyatının əsas özəlliklərindən biri də odur ki, anadangəlmə kar doğulan körpələrın gələcək əlilliyinin qarşısının vaxtında alınmasına kömək edir. Tətbiq olunan bu üsuldan bu günkü gündə dünyanın 100 ölkəsində 140 mindən çox pasient koxlear implantasiya sistemindən yararlanır.

Elvin Güloğlanoğlu

19:00 / 16.07.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 8250
Bu ay: 121470
Ümumi: 16435493
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın