/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Agent 007»nin sirləri açılır

Şriftin ölçüsü:  11px13px15px17px

Bu il İngiltərə Ceyms Bond filminin ekrana çıxmasının 50 yaşını qeyd edir. Dünyanın ən məşhur agentinin yubileyini Moskvada da qeyd ediblər. Moskva Foto və Multimediya evində filmdə istifadə olunan detallar sərgilənib. Ətraflı Rusiyadakı xüsusi müxbirimiz Anar Həsənovun reportajında. Dünyanın ən məşhur və ən elegant agenti Ceyms Bondu dünya ilk dəfə Şon O’Konnerinin ifasında tanıdı. “May neym Ceyms Bond” - bu məşhur cümləni Bondiana tarixində 6 aktyor deyib. 50 illik tarixi ərzində Bondun 22 filmindən 5 milyard dollardan çox gəlir götürülüb. Sərgi təkcə filmdən yox, həm də dəb və üslubun yarım əsrlik tarixindən danışır. Sərginin bir hissəsi filmdə istifadə olunan geyim və aksesuarlara, zinət əşyalarına həsr edilib. Onun çəklişləri üçün dünyanın ən tanınmış kutyurelerinə xüsusi smokinlər sifariş edilib, ən bahalı avtomobillərdən istifadə olunub və əlbəttə ki, Ceyms Bondun tərəf müqabili olan xanımlar dünyanın ən gözəl qadınları olublar. Onlarsa öz geyimləri ilə dəb dünyasına yenilik gətiriblər. Sərgidə Bondun bütün nəqliyyat vasitələri sərgilənib. Avtomobillər, vertolyotlar, qarüstündə gedən maşınlar, motosikl və su skuterləri, Bondun silahları - hətta Qızıl tapançası, içi xüsusi qurğularla dolu çemodanları filmdən gerçəkliyə köç edib. Sərgidə bütün detalları xatırlamaq üçün filmdən səhnələr də nümayiş olunur. Sərginin izləyiciləri üçün Buz otağının, hətta qızıl otağının da surəti hazırlanıb. Ən sirli agentin bu sərgidən sonra, görünür, heç bir sirri qalmayacaq. Filmdə istifadə olunan bütün detallar möcüzələr göstərən Bondun sirrlərini məlum edir. Anar Həsənov

13:00 / 11.06.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 17209
Bu ay: 307194
Ümumi: 14441555
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın