/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Azərbaycanlı həkim tibbi araşdırma qrupunda

Şriftin ölçüsü:  11px13px15px17px

Harvard Univirseiteti tibb fakultəsinin radiologiya şöbəsi qarında olan ana damarların genişlənməsinin diaqnozu və proqnozu ilə bağlı yenilik sayıla biləcək maraqlı araşdırma aparıb. Nəticələrin yaxın vaxtlarda tətbiqi nəzərdə tutulur. Araşdırma qrupunda hazırda Bostonda yaşayan və işləyən azərbaycanlı həkim də var. Ayaz Ağayev Bostonda çalışan yeganə azərbacanlı həkimdir. Əvvəlcə Türkiyədə təhsil alan, ardınca Amerikanın tibbi araşdırmaları ilə məşhur Pittsburq Universitetində elmi tədqiqatlarla məşğul olan azərbaycanlı həkim artıq iki ildir Harvard Univirseiteti tibb fakultəsinin radiologiya şöbəsində çalışır. Bura onu ürək damar xəstəliklərinin diaqnostikası sahəsindəki elmi araşdırmalara olan marağı gətirib.
Ayaz Ağayev çalışdığı klinikada təkcə tibb sahəsindəki araşdırmalara verdiyi tövhəsinə görə yox, həm də Azərycandan olan savadlı kadr kimi hörmət qazana bilib. Deyir, ölkəmizi təmsil etmək böyük, amma şərəfli məsuliyyətdir. Elə gələcək hədəflər də Azərbaycanla bağlıdır.
Azərbyacanın xüsusən müasir texniki təchizat və yeni gənc kadrlar baxımından Amerikadan geri qalmadığını deyən Ayaz Ağayev ölkəmizdə elmi tədqiqatın daha da inkişaf etməsini arzulayır və gələcəkdə bu sahədə tövhə verməyə niyyətindədir. Hələliksə Azərbaycanla bağlı kiçik layihələr üzərində işləyir. Deyir, nəticəni yaxın vaxtlarda görmək mümkün olacaq.
Günay Yelmarqızı

13:00 / 03.06.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 8433
Bu ay: 121653
Ümumi: 16435676
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın