/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Selektiv abortların sayı artıb

Şriftin ölçüsü:  11px13px15px17px

Selektiv abortların sayı artıb. Oğlan və qız uşaqları arasında yaranan nisbət fərqi genafonda ciddi zərbə vurmaqla yanaşı, cəmiyyətin sağlamlığını da təhlükə altında qoyur. Cəmiyyətdə “selektiv abortu edən valideynlər, həm də həkimlər cəzalandırılmalıdır” kimi fikirlər dolaşır.
Kifayət qədər ciddi problem olan selektiv abortlar nəticəsində qız və oğlan uşaqlarının sayında nəzərəçarpacaq dərəcədə disbalans formlaşmaqdadır. Bəs hansı hallarda abort etmək olar? Əslində ultrasəs müayinəsı embrionların yaşının müəyyən edılməsı və onun inkişafının monitorinqi üçün olduqca mühümdür. Bu həm də doğulacaq uşağın cinsini müəyyən etməyin də ən ucuz və əlverişli yoludur. Hazırda bu avadanlıqlar geniş yayıldığından belə demək olarsa, texnika nə qədər körpənin doğulmadan dünyadan getməsinə səbəb olur. 2011-cı ildə Avropa Şurası Parlament Assambleyası bir sıra üzv ölkələrdə doğuş zamanı cinslərın həyəcan yaradan təhrif olunmuş nisbətinə diqqət yetirmişdi. Həmin il Azərbaycanda bu nisbət 112/100 nəfər təşkil edib. Ötən il isə bu göstərici daha pis olub: 116/100. Bu rəqəmlər də selektiv abortların qəti şəkildə qadağan olunmalı olduğunu deyir. Elə sorğu apardığımız zaman da bunun şahidi olduq.
Selektiv abortlar əksər hallarda qadınların özləri tərəfindən verilməyən qərardır. Əslində abort dini baxımdan da günah sayılır. Millət vəkili Musa Quliyev hesab edir ki, məsələyə kompleks yanaşmaq lazımdır. Reproduktiv sağlamlıq haqqında qanunda bununla bağlı bəzi müddəalar nəzərdə tutulub. Bura cəza tədbirləri ilə yanaşı həm gənc valideynlərin, həm də onların ata- analarının maarifləndirilməsi daxildir. Millət vəkili hesab edir ki, qız uşaqlarının doğulması üçün maddi stimullaşdırma aparıla bilər. Belə ki, doğulacaq hər 2-ci və ondan sonrakı qız uşağına görə dövlət ailələrin hesabına müəyən məbləğ keçirə bilər. Əslində qız ya oğlan, heç bir fərqi yoxdur. Övlad sahibi olmaq özü gözəl bir duyğudur. O qədər gözəl ki, dünyamızın bu yeni sakinin oğlan və ya qız olması da bizim üçün əhəmiyətli olmamalıdır. Təki sağlam olsun!
Gülnar Əliyeva

13:00 / 03.06.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 7313
Bu ay: 120533
Ümumi: 16434556
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın