/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Ana və uşaq ölümləri narahatlıq doğurur

Şriftin ölçüsü:  11px13px15px17px

Doğuş zamanı ana və uşaq ölümündə artım müşahidə olunur. Deyilənlər statistik göstəricilərdə də öz təsdiqini tapır. 2011-ci ildə 25, 2012-ci ildə 26, 2013-cü ildə isə 27 ana dünyasını dəyişib. Problem bu il də aktuallığını saxlayır.
Quba rayonunda yeni doğulan körpə dünyasını dəyişib. Hadisə quba regional perinatal mərkəzində baş verib. İkinci Nügədi kənd sakini 21 yaşlı Qızxanım Mövsümova mayın 21-də doğuş üçün mərkəzə yerləşdirilib. Qayınanası deyir ki, həkimlər ona uşağın qeysəriyyə yolu ilə dünyaya gətiriləcəyini bildiriblər. Əməliyyatdan öncə anaya iynə vurulub və 5 dəqiqə sonra uşaq ana bətnində ölüb. Uşağı götürülən ananın vəziyyəti isə bu gün səhər saatlarında pisləşib. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınları uşaq və ananın ölümünə görə həkimləri günahlandırırlar.
Analoji hadisə mayın 21-də Bakı şəhər 5 saylı doğum evində də baş verib. Burada 4 günlük körpə dünyasını dəyişib. Ondan bir gün sonra isə Sabunçu rayon xəstəxanasının ginekologiya şöbəsində daha bir yeni doğulan körpə həyatını itirib. Bu həmin xəstəxanada həftə ərzində üçüncü belə haldır. Bütün bu faktlar son zamanlar ana və uşaq ölümünün artmasından xəbər verir. Bu ilin statistik göstəriciləri hələ dəqiqləşməsə də, son vaxtlar ana və uşaq ölümü ilə bağlı məlumatların çoxluğu bu göstəricinin yüksək olacağına işarədir.
Müşahidələr göstərir ki, belə hallar bölgələrdə daha çox baş verir. Mütəxəssislər bunun səbəbini ilk növbədə rayonlarda qadın məsləhətxanalarının azlığı, həkimlərin qeyri-peşəkarlığı və tibbi avadanlıqların çatışmazlığı ilə izah edirlər. Tibbi ekpert Rəşid Mahmudov deyir ki, bölgələrdə hamilə qadınlar vaxtı-vaxtında həkim nəzarətindən keçmirlər.
İkinci səbəb kimi isə mədəni və sanitar maariflənmənin düzgün aparılmaması göstərilir. Ginekoloq Arzu Məhərrəmova deyir ki, hamilə qadınlar həkim müayinəsindən keçməyə ciddi önəm vermirlər.
Həkimlər ana və uşaq ölümünə gətirib çıxaran səbəbləri həm də erkən və gecikmiş evliliklərlə əlaqələndirirlər. Belə ki, vaxtından tez ailə quran xanımlarda çanaq darlığı müşahidə olunur ki, bu da doğuş prosesini çətinləşdirir. Həm ana, həm də uşağın həyatına təhlükə yaranır. Gecikmiş evliliklərdə isə ekstragental xəstəliklərin yaranması ana və uşağın sağlamlığına zərbə vurur. Əvvəllər heç bir halda özünü göstərməyən xəstəliklər hamiləlik dövründə meydana çıxır.
Ana və uşaq ölümü halları ilə rastlaşmamaq üçün mütəxəssislər hamilə xanımların mütəmadi həkim müayinəsindən keçməsini zəruri hesab edirlər. Əgər maüyinələr vaxtlı-vaxtında aparılarsa, ortaya çıxa bilən problemlərin qarşısını almaq mümkün olar.
Təranə Ziyadzadə

19:00 / 23.05.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 7058
Bu ay: 120278
Ümumi: 16434301
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın