/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Heydər Əliyev və Azərbaycan mətbuatı

Şriftin ölçüsü:  11px13px15px17px

1991-ci ildə, ölkəmiz ikinci dəfə müstəqillik əldə etdiyi zaman mətbuatın vəziyyəti o qədər də ürəkaçan deyildi. Mediaya tətbiq edilən hərbi senzura bu sahənin inkişafına və söz azadlığına mane olurdu. Lakin milli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi hər sahədə olduğu kimi mətbuatın da inkişafına səbəb oldu.
Medianın maddi texniki imkanlarının zəif olması bir kənara qalsın, jurnalistlərin fikir və söz azadlıqları da boğulurdu. 1993-cü ilin aprelində senzuranın əhatə dairəsinin genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam söz azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məmdudlaşdırdı. Digər bir problem isə maliyyə ilə bağlı idi.
Lakin bu uzun müddət davam etmədi. 1993-cü ildə xalqın təkidi və təlbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev mətbuatın inkişafının qarşısını alan maneələrə son qoydu. İlk olaraq, kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyəti üçün qanunvericilik bazası formalaşdırıldı. Konstitusiyanın qəbulu zamanı insan və vətandaş, hüquq və azadlıqların , sərbəst düşüncə və özünüifadə, dini etiqad və məslək azadlığının təmin olunmasi istiqamətində maddalər öz əksni tapdı. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə medianın, söz azadlığının təmin və müdafiə olunmasına xidmət edən addımlar atıldı. 1998-ci ildə milli lider Heydər Əliyevin imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» fərmanına uyğun olaraq həyata keçirilən işlər KİV-in inkişafına öz töhvəsini verdi. Həmin fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləfi informasiya vasitələrində dövlət sirrini mühavizə edən baş idarə ləğv edildi. Bununla da hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə 15 aprel 1993-cü il tarixli sərncam qüvvədən düşmüş oldu. Azərbaycanda senzuranın ləğv olunması haqqında fərmanın imzalanması həmin dövr üçün inanılmaz addım idi. Bununla da mətuatın inkaşafında yeni mərhələnin başlanğıcını qoyuldu. Mənz senzuranın ləğvindən sonra jurnalistlərin öz peşələinə münasibətdə məsuliyyəti də artdı. 2000-ci ilin mart ayında milli lider Heydər Əliyevin sərəncamı ilə «2000-2001 –ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər praqramı» təsdiq olundu. KİV-nin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum – Azərbaycan Mətbuat Şurası yaradıldı.
Milli lider Heydər Əliyevin mətbuata xüsusi diqəti və qayğısı, mənəvi dəstəyi bu sahənini sürətlə inkişaf etməsinə şərait yaratdı. Ulu öndərin mətbuat işçiləri ilə qeyri-rəsmi söhbətləri media işçilərinin peşələrinə sevgilərini daha da artırırdı. Mətbuat işçilərinin sosial vəziyyətlərinin də yaxşılaşdırılması üçün müəyyən adımlar atıldı. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bu gün prezident İlham Əliyev uğurla davam etdirir. Kütləvi İnformasiya Vasitəlrinə Dövlət Dəsdəyi Fondunun yaradılması , jurnalistlərə fəxri adlaırn verilməsi və s tədbirlər medianın inkişafına müsbət təsir göstərir.
Sədaqət Süleymanova

08:00 / 10.05.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 2104
Bu ay: 165379
Ümumi: 18363539
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın