/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Şəkərli diabet xəstələrinin sayı artıb

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin müalicəsində yeni üsuldan istifadə edilməyə başlanılıb. Hazırda ölkədə rəsmi qeydiyyatda olan xəstələrin sayı 170 minə yaxındır. 2011-ci ildə bu göstərici 150 min nəfər olub. Böyuklərlə yanaşı, uşaqlar arasında da şəkərli diabetdən əziyyət çəkənlərin sayı artır.
Xəstəliyin artması genetik faktorlarla yanaşı, passiv həyat tərzi, düzgün qidalanmamaq və streslə bağlıdır. Həkimlər deyirlər ki, xəstəliyin gec aşkarlanması onun müalicəsini xeyli çətinləşdirir. Azərbaycan endokrinoloqları elmi cəmiyyətinin sədri Valeh Mirzəzadə deyir ki, ölkədə bu xəstəliklə mübarizədə artıq yeni müalicə üsulundan istifadə edilir. Dünyada da şəkərli diabetdən əziyyət çəkənlərin sayı artmaqdadır. Hazırda 4 yüz milyondan çox insan şəkər xəstəsidir. Mütəxəssislər deyirlər ki, 2025-ci ilədək bu xəstəlikdən əziyyət çəkənlərin sayı 500 milyona çatacaq. Şərq ölkələrində isə orta hesabla hər 3 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin gec aşkarlanması orqanizmdə ciddi fəsadlara gətirib çıxara bilər.
Hazırda bütün dünyanı maraqlandıran məsələ bu xəstəliyin yeni üsullarla müalicəsi və diaqnostikasıdır. Bu məqsədlə ölkəmizdə həkimlər üçün treninqə start verilib. Tədbirə Rusiya, Gürcüstan, Qazaxıstan və Bolqarıstandan da iştirakçılar qatılıb. 3 günlük treninqdə şəkərli diabet xəstəliyinin müasir üsullarla müalicəsi müzakirə edilir.

19:00 / 10.04.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 838
Bu ay: 416067
Ümumi: 17185400
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın