/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Molla Nəsrəddin - 108

Şriftin ölçüsü:  11px13px15px17px

Aprelin 7 - si, Azərbaycan mətbuatı tarixində əlamətdar günlərdən biridir. 1906 - cı il tiflisdə işıq üzü görən Azərbaycanın ilk satirik jurnalı «Molla Nəsrəddin» bu gün 108 yaşını qeyd edir. «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım». «Molla Nəsrəddin»-in oxucularına ilk müraciəti belə oldu. Sona kimi də müsəlman qardaşlarının dərdinə şərik çıxıb savadsızlıqla, cəhalətlə mübarizə apardı. Satirik jurnalının işıq üzü gördüyü gün artıq 8 ildir ki ölkəmizdə həmdə karikatura günü kimi qeyd olunur.
Son sayına kimi möhvumata, cəhalətə qarşı mübarizə aparan «Molla Nəsrəddin» jurnalı ayrı-ayrı vaxtlarda Tiflis, Təbriz və Bakıda nəşr edilib. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunan və xalqımızın mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplayan jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürəhimbəy Haqverdiyev, və başqa şair, yazıçı, jurnalistlər, o cümlədən Şmerlinq, Rotter və Əzim Əzimzadə kimi rəssamlar da fəaliyyət göstərib.
«Molla Nəsrəddin»-də dərc olunan məqalələrin hər biri insanı düşünməyə vadar edib. Bu gün də yeni nəsil Cəlil Məmmədquluzadəni ev muzeyini ziyarət edərək onun qoyub getdyi irsi öyrənməyə çalışır.
«Molla Nəsrəddin» ilk gündən oxucularını elmə, maarifə, dünyanın tərəqqisiylə ayaqlaşmağa çağırırdı. Bir sözlə, 108 yaşı tamam olan «Molla Nəsrəddin» jurnalını xatırlayanda şüurlarda, inqilab edən, cəmiyyəti silkələyən satirik bir jurnal portreti yaranır. Və bu jurnal heç şübhəsiz ki, mətbuat tariximizin şanlı səhifəsi olaraq daim yaşayacaq.
Türkan mahmudova

17:00 / 07.04.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 1762
Bu ay: 165037
Ümumi: 18363197
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın