/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Xocalını unutma»

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün soyqırım qurbanlarının xatirəsinin yad edilməsi və qətliamın təbliği ilə əlaqədar müxtəlif aksiya və tədbirlər keçirilir. Hər zaman kreativliyi ilə seçilən televiziyamızın əməkdaşları bu dəfə geyimlərinə «Xocalını unutma» adlı nişanlar taxıb, fəaliyyət göstəriblər. İstər texniki, istər yaradıcı heyət. Bu gün Lider həmrəylik göstərdi. Faciəni xatırladan döş nişanları televiziyamızın bütün əməkdaşlarının geyimlərində idi. Canlı yayıma dəvət almış qonaqlar da, bizimlə həmrəy olub hər kəsi «Xocalını unutmamağa» çağırdılar.
Əslində irəli sürdüyümüz təşəbbüsdən bəhrələnib, cəmiyyətin hər bir üzvü vətəndaş mövqeyi nümayiş etdirə bilər. Axı əsas işimiz maarifləndirməkdir. Üstəlik, gün ərzində müxtəlif məkanlarda, müxtəlif mövzuda çəkiliş aparan həmkarlarımız geyimlərindəki «Xocalını unutma» rəmzi nişanları ilə diqqəti cəlb ediblər.
Bəli, biz verdiyimiz sözə əməl etdik. Az da olsa bu təşəbbüslə «boş-boş danışıqların» fayda vermədiyini bir daha isbatladıq. Doğurdan da, xocalını qaytarmaq üçün «Xocalını unutmamaq» gərək.
Adil Rasimoğlu

19:00 / 26.02.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 1775
Bu ay: 165050
Ümumi: 18363210
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın