/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

58 yaşlı Azərbaycan televiziyası

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Azərbaycan televiziyasının yarandığının 58 illi tamam olur. Bu müddət ərzində televiziya uzun və şərəfli bir yol keçib.
Düz 58 il əvvəl Azərbaycanda sehrli bir qutu insanların qəlbini ovsunladı. Böyükdən-kiçiyə hamının diqqətini özünə çəkdi. Tamaşaçılar ilk dəfə bu balaca qutudan «Bəxtiyar» filmini seyr etdilər. Sonralar televiziyada müxtəlif redaksiyalar yaradıldı, proqramlar evirə çıxdı. Bu gün Azərbaycan Dövlət Televiziyası 58 illik bir yolu arxada qoyub. Bu illər ərzində ölkəmizdə paralel olaraq müxtəlif özəl kanallar da fəaliyyətə başlayıb. 2000-ci il sentyabrın biri. “Lider” televiziyasının ilk dəfə tamaşaçılarını salamladığı tarixi an... Artıq həmin gündən 13 ildən artıq bir vaxt keçir. “Lider” televiziyasının əsas meyarı özəl, professional və rəngarəng proqramların hazırlanmasıdır. Telekanal bu müddətdə dəqiq, operativ xəbərləri, musiqiləri və əyləncəli verilişləri, bir-birindən maraqlı intellektual oyunları, realiti şouları ilə tamaşaçıların rəğbətini qazanıb. “Lider” Azərbaycan teleməkanında liderlik mövqeyini illərdir qoruyub saxlayır.
“Lider” televiziyası fəaliyyət göstərdyi bu illər ərzində yaşından, vəziyyətindən asılı olmayaraq insanları bir-birinə yaxınlaşdırmağı bacaran bir televiziya oldu. Gələcəkdə də bu missiyanı davam etdirməyi qarşısına məqsəd qoyan “Lider” elə ilk gündən irəli sürdüyü devizə həmişə sadiqdir və sadiq qalacaq.

09:00 / 14.02.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 956
Bu ay: 164231
Ümumi: 18362391
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın