/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

BMT-nin yaranmasından 68 il ötür

Şriftin ölçüsü:  11px13px15px17px

Dünyanın 192 dövlətinin üzv olduğu birləşmiş millətlər təşkilatının yaradılmasından 68 il ötür. Təşkilatın nizamnaməsi 1945-ci il, oktyabrın 24-də qüvvəyə minib. Bu gün həm də BMT-nin ən fəal üzvlərindən olan Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsindən 2 il ötür.
1945-ci ildə təsis edilən Birləşmiş Millətlər Təşkilatı ölkələr arasında sülh və təhlükəsizliyi təmin etmək missiyasını üzərinə götürüb. Bmt ilə Azərbaycan arasında əlaqələr 1992-ci ildən qurulub. BMT ailəsinə 20 ildir daxil olan Azərbaycan, təşkilatın ən fəal üzvlərindən biridir. 1994-cü ildə, BMT Baş Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev iştirak edib. Bu yüksək tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Cənubi Qafqazda təhlükəsizlik məsələrinə Azərbaycanın verdiyi töhfələr təşkilat tərəfindən yüksək qiymətləndirilib. 2011-ci il, oktyabrın 24-də Azərbaycan daha bir uğura imza atdı - 155 ölkənin dəstəyini qazanaraq, 2 il müddətinə Təhlükəsizlik Şurasına qeyi-daimi üzvü seçildi. Bu ilin may ayında isə şuraya sədrlik Azərbaycana həvalə olundu. Mayın 4-də prezident İlham Əliyev Təhlükəsizlik Şurasının sədri kimi çıxış edərək, ali tribunadan terrorla mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı çağırış etdi. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzü qəti şəkildə pislədi. Azərbaycanın Təhlükəsizlik Şurasına sədrliyi dövründə diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi. Rəsmi Bakının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi prioritetləri bəllidir. Əsas hədəf sülh və sabitliyin qorunması, təhlükəsizlik problemlərini diqqətdə saxlamaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə siyasi fəaliyyətin əsasını təşkil edir. Amma ali qurumun Dağlıq Qarabağ münaqişəsinə münasibəti qənaətbəxş deyil. Birləşmiş millətlər təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə münaqişənin həllinə müsbət təsir göstərməyib. Konkret icra mexanizminin olmaması Azərbaycan kimi bir çox dövlətlərin quruma inamını azaldır. Təhülkəsizlik Şurasına sədrlik etdiyi dövrdə yalnız ədalət prinsiplərindən çıxış edən Azərbaycan nüfuzlu təşkilatdan bütün məsələlərə, o cümlədən dağlıq qarabağ münaqişəsinə münasibətdə də ədalətli mövqe sərgiləməyi tələb edir.

09:00 / 24.10.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 6210
Bu ay: 134832
Ümumi: 14269193
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın