/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Anarın 75 yaşı tamam olur

Şriftin ölçüsü:  11px13px15px17px

Yazıçı Anarın doğum günüdür. 75 yaşını qeyd edən ədibin qələmindən çıxan bir çox əsərlər bu gün sevilə - sevilə oxunur. Onu «Beşmərtəbəli evin altıncı mərtəbəsi»-ni yazan yazıçı kimi tanımışam. «Təhminə»-nin niyə məhz altıncı mərtəbə olduğunu anlamırdım. Amma sonralar bildim – hamı kimi olmayanlar hamının olmadığı bir mərtəbədə olurlar. Məncə, Anar da həmin mərtəbədədir və hadisələrin gedişatını öz pəncərəsindən sakitcə izləyir. Bəlkə elə buna görə də 75 yaşına kübar ədib kimi daxil olur. Həyatının bütün mərhələlərində yanında olan dostu Fikrət, onun həm dostluqda, həm də rəhbərlikdə eyni mövqedə – haqqa tərəf olduğunu deyir. Anar televiziya ekranlarında ən çox izlənən - «Gün keçdi», «Nəsimi», «Ötən ilin son gecəsi» və bir çox digər filmlərin ssenari müəllifidir. Bu gün onunla çiyin – çiyinə çalışanların çoxunun ədəbiyyata gəlişində rolu olub. Valideynləri şair olan anar Azərbaycanda bu adı daşıyan ilk şəxsdir. Bəlkə elə buna görə də, əsərlərinin altına imza qoyanda soyada ehtiyacı olmadı. Yaddaşlara elə yazıçı anar kimi həkk olundu. Nigar Etibar

19:00 / 14.03.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 4872
Bu ay: 374824
Ümumi: 11901592
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın