/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Cəbhəyanı məsciddə azan səslənib

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün "Qarabağa doğru-haqqın və haqqımızın səsi" kampaniyası çərçivəsində Ağdamın cəbhəyanı kəndlərindən olan Çəmənlidə 20 ildən sonra ilk dəfə azan səslənib. Azan təmas xəttində yerləşən «Cümşüd» məscidindən verilib. Daha sonra məsciddə cümə namazı qılınıb. Mərasimə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Dağlıq Qarabağın Azərbaycanlı İcması İstimai Birliyinin, cəbhəyanı və işğal altında olan rayonların rəhbərləri və dindarları, ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimlə əlaqədar ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb. Qeyd edək ki, "Qarabağa doğru-haqqın və haqqımızın səsi" kampaniyası dini qurumlarla iş üzrə dövlət komitəsi, «Xocalıya ədalət beynəlxalq təbliğat-təşviqat kampaniyası və Dağlıq Qarabağın Azərbaycanlı İcması İstimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Təşkilatçıların sözlərinə görə, azan səsi cəbhəboyu ərazilərdəki digər məscidlərdə də bərpa olunacaq.

16:00 / 22.02.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 13846
Bu ay: 427294
Ümumi: 15777530
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın