/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Xınalığı tanıtmağa ehtiyac var

Şriftin ölçüsü:  11px13px15px17px

Son illər ucqar yaşayış məntəqələrində infrastrukturunun qurulması, turizm potensialından istifadə bizlər üçün bu yerlərin qədim və zəngin tarixini öyrənməyə imkan verir. Onlarla memarlıq abidəsi, mağaralar, qədim qəbirstanlıqlar olan belə kəndlərdən biri Xınalıqdır. Vaxtilə demək olar ki, ətraf aləmdən təcrid olunan Xınalıqda bu gün tarixi abidələrin qorunması ilə yanaşı, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb. Xınalıq Şahdağın qoynunda yerləşir. Yerli sakinlər bu kəndi qədim zamanlardan indiyədək «Kətiş», özlərini isə «Kədtid» adlandırırlar. Kədtidlilərə gəldikdə isə onların 26 alban tayfasından biri olduğu güman edilir. Ona görə də Xınalıq adının kəndin tarixi keçmişi ilə bağlı heç bir əlaqəsi olmadığı bildirilir. Xınalıq sözü təxminən XIX əsirin 50-60-cı illərindən sonra işlənməyə başlayıb. Deyilənlərə görə, kəndə Xınalıq adı onun qarşısında olan dağın günəş çıxarkən yaratdığı rəngə uyğun verilib. Dəniz səviyyəsindən 2300 metir yüksəklikdə yerləşən Xınalıq unikal memarlıq görkəminə malikdir. Kənd sanki açıq səma altında yaradılan bir muzeyi xatırladır. Dağın başında, qaya üzərində inşa edilən evlər isə uzaq tarixi keçmişmizdən xəbər verir. Dörd min ildən artıq yaşı olan bu kəndi gəzərkən özünü sanki qədim dövrdə hiss edirsən. Burada evlər, hasarlar hamar çay daşları ilə hörülüb. Hər bir evin damı digər evin həyətidir. Qapı evdən birbaşa küçəyə açılır. Yəni, küçə həm həyətidir, həm də yol. Kənd özü isə tarixin müxtəlif dövrlərinə aid abidələrlə zəngindir. Kəndin ərazisində 20-ə yaxın mağara, 6 arxeoloji qazıntı yeri, 8 yerdə müxtəlif dövrlərə aid, ümumi sahəsi 50 hektar olan qəbirstanlıq, 28 dini-tarixi-təbii abidə, eləcə də türbələr və ziyarətgahlar mövcuddur. Əbu Müslüm tərəfindən inşa edilən məscid isə şərq və milli memarlığımızın sintezi sayılır. Zəmanəmizə qədər gəlib çıxan bu qədim məscid palçıqla çay daşından hörülüb. Məsciddə maraq kəsb edən məqamlardan biri də məscidin girəcəyində daş kitabələrin olmasıdı. Ərəb əlifbası ilə olan bu yazılarda məscidlə bağlı qeydlər öz əksini tapıb. Sovet dövründə digər maddi-mədəni nümunələrimiz kimi bu tarixi abilər də yararsız vəziyyətə düşüb. 2007-ci ildə ölkə başçısının sərəncamı ilə Xınalıq Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Həmin vaxtdan kənddəki bütün abidələrə, o cümlədən məscidlərə xüsusi diqqət ayrılıb. Ötən ildən artıq onların restavrasiyasına başlanılıb. Bundan əlavə kənddə tarixi abidə kimi qorunan 160 evdən yüzünün dam örtüyü əvvəlki görnüşünə xələl gəlmədən bərpa edilib. Qısa zaman kəsiyində kənddə yeni məktəb binası, tibb və poçt məntəqəsi tikilərək sakinlərin istifadəsinə verilib. Kəndə yeni su xətləri çəkilib. Bundan başqa Xınalıqda teleötürücü və 3 ədəd mobil telefon stansiyası quraşdırırılıb. Hazırda yeganə problem yanacaqla bağlıdır. Kənddə yanacaq vasitəsi kimi peyindən istifadə olunur. Yay aylarında gördüyünüz bu peyin xüsusən kəsilir və qurumaq üçün divarların üzərinə yığılır. Qışda isə istifadə olunur. Tezliklə bu problem də öz həllini tapacaq. İlin sonunadək Xınalığa təbii qazın çəkilməsi nəzərdə tutulub. O ki qaldı turistlərin bura cəlb edilməsinə bu istiqamətdə də tədbirlər davam etdirilir. Artıq Xınalıqla bağlı veb-sayt yaradılıb, xüsusi bukletlər hazırlanıb. Onu da qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən ölkə ərazisindəki digər qoruqlar kimi Xınalıq Dövlət Tarix-Memarlıq Qoruğu da pullu xidmətə keçib. Yusif Mahmudov

19:00 / 18.01.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 8051
Bu ay: 69195
Ümumi: 17289648
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın