/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Bayram tətili qış turizminə təkan verir

Şriftin ölçüsü:  11px13px15px17px

Yayda olduğu kimi qış aylarında da yerli turistlərin ən çox üz tutduğu turizm məkanı Qəbələdir. Bayram günlərində bu rayonda istirahət etmək istəyənlərin sayı daha da artıb. Qarlı dağlarda xizək sürmək, alpinistlik etmək, ov ovlamağı düşünənlərin arzusu bu məkanda gerçəkləşir. Rayonda əsl bayram həyəcanı yaşanır, otellər turistlərlə doludur. Coğrafi quruluşu, paytaxa yaxın olması və son illər burada qurulan turizm infrastrukturu artıq qış aylarında da Qəbələyə turistləri cəlb edir. Otel menecerləri tətil günlərinin uzadılmasının da qış turizminə müsbət təsir etdiyini gizlətmirlər. Fəslin mülayim keçməsi isə qış turizm həvəskarlarını ruhdan salmayıb. Onlar sadəcə bir az əziyyətə qatlaşmalı olublar. Yanvar ayını isti keçməsi qar həvəskarlarını Durja adlanan əraziyə qalmağa məcbur edir. Bura dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir və burada ən müasir qış turizm mərkəzi yaradılır. Yeni tikilən mərkəz, əsasən əcnəbi turistləri cəlb etmək üçün nəzərdə tutulub. Burada inşşat işləri sürətlə aparılır. Artıq Qafqaz sıra dağlarına aparan əsas kanat yol quraşdırılıb. Dürca adlanan ərazinin, dağların ətəyində – quzeydə yerləşməsi, buradakı qarın günəş şüasından qoruyur. Hazırda turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olurlar. Mətbəx demişkən, son vaxtlar burada hazırlanan dadlı xörəklər artıq qonaqpərvər Qəbələnin vizit kartlarından biri sayılır. Qış aylarında Qəbələyə başqa məqsədlə turistlər axışır. Bunlar ləziz mətbəx həvəskarlarıdır. Respublikanın hər yerindən Həmzəli kəndinə, usta Bənyazın fırlamalarını dadmaq üçün maşınlar növbəyə dəyanır. Adı ilə keyfiyyət təminatçısı olan usta Bənyazı Qəbələdə tanımayan yoxdur. Təndir yeməklərinin mahir ustası qış aylarında əsl möcüzələr yaradır. Eko-turizm üslubunda düzəltdiyi kənd yeməkxanasında onun təamlarından dadmaq üçün bəzən növbəyə durmaq lazım gəlir. Aşpaz həm yemək hazırlamağa, həm də qonaqları qarşılayıb-yola salmağa vaxt tapır. Usta Bənyazın alveri qış aylarında daha yaxşı gedir. Çünki, Hind toyuğu həvəskarları atalar misalına uyğun olaraq bu ev quşunun məhz qar yeyəninə üstünlük verirlər. Göründüyü kimi Azərbaycanda qış turizminə tələbat artmaqdadır. Təklif olunan xidmətin səviyyəsi də get-gedə yüksəlir. Bir qalır xarici turistlərin məqsədyönlü cəlb edilməsi. Əli Səmədov

19:00 / 04.01.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 12103
Bu ay: 427332
Ümumi: 17196665
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın