/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Nərgiz» jurnalının ilk sayı ictimaiyyətə təqdim olundu

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan mətbuatında yeni və tamamilə fərqli bir üslub ortaya qoyan «Nərgiz» jurnalının ilk sayı oxucuların ixtiyarına verilib. Nəşrdə modaya aid hər şey tapmaq olar. «Nərgiz» həm Azərbaycanda, həm də xaricdə olan digər nəşrlərlə müqayisədə daha üstün məhsul yaratmağı qarşısına məqsəd qoyub. Rus dilində çap edilən «Nərgiz» jurnalı moda və incəsənət aləmində oxucuların əsl bələdçisinə çevrilmək iddiasındadır. Nəşrin səhifələrində mövsümün yenilikləri, dəb aləmində müasir tendensiyalar, kübar həyat və afişalarla tanış olmaq mümkündür. Oxucular incəsənət aləmində baş verənlər barəsində də dolğun məlumat ala biləcəklər. Jurnalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçı və rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılığı haqqında məqalələr yer alıb. Nəşr yeni adlar, üslub və dizaynın yeni çalarları, yeni hədəf və imkanlar deməkdir. Jurnalın təqdimat mərasimində müasir musiqi ilə yanaşı, norveçli dizayner Kristian Aadnevikin geyim kolleksiyasının da nümayişi oldu. Jurnal rübdə bir dəfə 368 səhifə ilə oxucuların görüşünə gələcək. «Nərgiz»-in hər buraxılışında Azərbaycan və dünyanın məşhur ulduzları ilə ekskuliziv müsahibələr, maraqlı məqalələr dərc olunacaq. Jurnalın təqdimat mərasimində Bakıda Jan Modalar Evinin yeni modellərinin nümayişi və After Partty də qonaqlara təqdim olundu.
Günel Şahmalıqızı

13:00 / 14.12.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 4
Bu gün: 15345
Bu ay: 429168
Ümumi: 12607555
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın