/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Kürmük oba bayramı keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Qax rayonunda yerləşən «Kürmük» məbədinin qapıları bu il ikinci dəfə bütün xalqların üzünə açılıb. Bölgə sakinləri, qonaqlar kürmük oba bayramını qeyd ediblər. İbadətgaha gələnlərin sayı minlərlə ölçüldüyündən ərazidə xüsusi təhlükəsizlik tədbirlləri görülüb. Hər ilin may və noyabr aylarında keçirilən kürmük bayramı bu dəfə də xüsusi təmtəraqla qeyd olunub. Yerli sakinlər, ölkənin müxtəlif rayonlarından və qonşu Gürcüstandan gələn qonaqlar məbədi ziyarət edib, qurbanlar kəsiblər. Bayram günü əsl tolerantlıq nümayiş olunub. Xristianlar, müsəlmanlar və başqa dini inaclardan olanlar burada birgə ibadət ediblər. Kürmük məbədi Azərbaycan dövləti tərəfindən tarixi abidə kimi qorunduğu üçün burada yalnız ildə iki dəfə dini mərasimlər keçirməyə icazə verilir. 19-cu əsrin sonunda bölgədə xristianlığı yayan Rusiya Çar İmperiyası Alban Yepiskopluğunu ləğv etdikdən sonra, minlərlə insanın axışdığı yerdə bu məbədi tikdirib. Məbəd Sovetlər dövründə yararsız hala düşüb və məhv olmaq təhlükəsi ilə üzləşib. Dağılan məbədi Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə əsaslı bərpa edib. Bu gün kürmük məbədində əsrlərlə davam edən torlerantlıq hökm sürür. Əli Səmədov

19:00 / 23.11.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 14268
Bu ay: 242111
Ümumi: 18440271
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın