/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Bəzi dini təriqətlər milli təhlükəsizliyə təhdiddir

Şriftin ölçüsü:  11px13px15px17px

«Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər» mövzusunda respublika konfransı keçirilib. İki gün davam edəcək konfransda məqsəd din və etiqad azadlığı məsələlərinin hüquqi, siyasi və ictimai yönlərini beynəlxalq, regional və milli hüquqi sənədlər çərçivəsində dəyərləndirməkdir. Dünyada, o cümlədən Azərbaycanda dini sektalar və təhlükəsizlik məsələləri, qloballaşma və vicdan azadlığı, terrorla mübarizə problemləri aktualdır. Hazırda ölkədə yüzlərlə sekta qeydə alınıb. Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyir ki, onların arasında dinc və zərərsiz təriqətlər mövcud olsa da, millətin genefonduna, ölkənin milli maraqlarına və təhlükəsizliyinə ciddi təhlükə təşkil edənlər də az deyil. Din adı altında bu cür qurumların xarici havadarları ölkənin strateji vəziyyətini müəyyən edən proseslər haqqında ictimai-siyasi, iqtisadi, hərbi və digər məlumatları toplamağa çalışırlar. Bu məsələlər «Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər» mövzusunda respublika konfransında diqqət mərkəzində oldu. İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirdi ki, milli təhlükəsizlik haqqında doktrinada destruktiv təriqətçiliyə və xarici missionerlərə potensial təhlükə kimi xüsusi diqqət yetirilməlidir. Destruktiv dini təriqətlərin qeydiyyat qaydalarının sərtləşdirilməsinin vacibliyi vurğulandı. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda bütün dini etiqad və azlıqlara hörmətlə yanaşıldığını bildirdi. Dedi ki, heç kim dini siyasi məqsədlər üçün istifadə etməməlidir. Din- dövlət münasibətləri qanunlarla tənzimlənməli və hamı da buna əməl etməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirdi ki, qlobal dünyada baş verən mürəkkəb siyasi kataklizmlər, etnik-dini münaqişələr, aqressiv separatçılıq və dini ekstremizm, terrorizm kimi təhdidlər beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi maneə olaraq qalmaqdadır. Bu baxımdan dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönəldilməsi zəruridir. «Elə dini cərəyanlar var ki, onların arxasınca gedilsə, milli kimlikdən imtina etməli olarıq. Dini və milli amillərin birgə inkişafı üçün kompleks fəaliyyət göstərilməlidir»-Elşad İskəndərov belə dedi.

16:00 / 14.11.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 14306
Bu ay: 427754
Ümumi: 15777990
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın