/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Dini inanclı insanların sayı artıb

Şriftin ölçüsü:  11px13px15px17px

Son 5 ildə Azərbaycanda dini inanclı insanların sayı artıb. Ölkə əhalisinin 95 faizi İslam dəyərlərinin qorunması şərtilə dünyəvi dövlət modelinin tətqbinin tərəfdarıdır. «Azərbaycanda İslam: Mövcud reallıqlar və ictimai rəy» mövzusunda aparılmış sosioloji sorğunun nəticələri belə deməyə əsas verir. Azərbaycanda din və dövlət münasibətləri modern model əsasında qurulub və ölkədə din və etiqad azadlığı tam qorunur. Bu fikirlər «Azərbaycanda İslam: Mövcud reallıqlar və ictimai rəy» mövzusunda aparılmış sosioloji sorğunun nəticələrinin təqdimat mərasimində səsləndirildi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirdi ki, əksər hallarda beynəlxalq təşkilatların apardığı sorğularda Azərbaycandakı dindar təbəqənin sayı süni şəkildə şişirdilir. Ölkədə din-dövlət münasibətləri düzgün qiymətləndirilmir. Bu mənada ölkə daxilinidə milli zəmində keçirilən sorğular ictimai rəyin düzgün formalaşması baxımından vacibdir. Prezident yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən təqdim olunan sorğuda iştirak edən 1501 nəfərin 96,8 faizi müsəlman, 0,8 faiz isə xristian dinini qəbul etdiyini bildirib. Dini inanclı insanlar 66 faiz təşkil edir. Ateist respondentlərin sayı isə 0,1 faizdir. Respondentlərin 0,6 faizi özlərini inanclı hesab etsə də, konkret heç bir dinə mənsub deyil. Sorğu iştirakçılarının 45 faizi dində məzhəb bölgüsünü qəbul etmir. Sorğunun nəticələrindən aydın olur ki, əhalinin 21,8 faizi İslam haqqında informasiyanı dini kitablardan, 27,2 faizi telekanallardan alır. Azərbaycan keçmiş MDB məkanında dini ədəbiyyatın nəşrinə görə birinci yerdədir. Bununla belə, ədəbiyyatın 90 faizi xarici mənbələr əsasında nəşr olunur. Bunu nəzərə alaraq, gələcəkdə yerli tədqiqat və araşdırmalar üçün dövlət lazımi dəstək verəcək.

16:00 / 13.11.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 4501
Bu ay: 493783
Ümumi: 15260324
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın