/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Din xadimlərinə xəbərdarlıq olundu

Şriftin ölçüsü:  11px13px15px17px

Qafqaz Müsəlmanları İdarəsinın Qazilər Şurası məhərrəm ayının başlanması və aşura mərasimləri ilə bağlı fətva verib. Şeyxul-İslam Hacı Allahşükür Paşazadə bəzi məscidlərdəki axundların fəaliyyətini tənqid edib və onlara xəbərdarlıq edib. Bildirib ki, bundan sonra məscidlərdə oxunan moizələr Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanacaq. Hicri qəməri təqvimi ilə 1433-cü il sona çatır. Yeni - 1434-cü ilin başlanğıcı - məhərəm ayının biri miladi təqvimlə 2012-ci il noyabrın 16-na, aşura, məhərrəm ayının 10-cu günü isə noyabrın 25-nə təsədüf edir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının iclasında fətva verilib. Fətvada dindarlara İmam Hüseynin və onunla birgə şəhid olanların layiqli şəkildə anılması tövsiyyə edilib. Qeyd olunub ki, mərasimlərdə Kərbala şəhidlərinin şəninə xütbələr oxunmalı, vətən uğrunda şəhid olanların xatirəsi yad edilməlidir. Qazilər Şurası dindarları bədənlərinə zərər vurmamağa çağırıb. Şeyxülüslam Hacı Allahşükür Paşazadə məscidlərin axundlarını öz üzərlərində işləməməsinə görə tənqid edib. Və onlara son xəbərdarlığını edib. Axundların fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini vurğulayan Allahşükür Paşazadə bunula bağlı Qafqaz Müsəlmanları İdarəsində proqram hazırlandığını deyib. Bildirib ki, məscidlərdə oxunan moizələr bundan sonra idarə tərəfindən hazırlanacaq.

16:00 / 13.11.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 4542
Bu ay: 493824
Ümumi: 15260365
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın