/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Qurban bayramı Allaha yaxınlaşmaq üçün vasitədir

Şriftin ölçüsü:  11px13px15px17px

Nəfs istəklərindən azad olmaqla allaha yaxınlaşmaq və mənəviyyat yolunda fədakarlıq - müqəddəs Qurban bayramının əsl fəlsəfəsi budur. Bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansız şəxslərlə bölüşmək və onları sevindirməkdir. Qurban bayramının fəlsəfəsi onun tarixində aydın əks olunub. Mənəviyyat yolunda fədakarlıq, nəfs istəklərindən azad olmaqla allaha yaxınlaşmaq. Bayramın tarixinə əsasən, tanrı tərəfindən yuxuda oğlu İsmayılı qurban vermək əmri alan İbrahim peyğəmbər əsl iman sahibi olaraq ilahi buyruğu yerinə yetirmək istəyərkən, uca Allah bunu öz elçisinə rəva bilmir və qurban kəsmək üçün qoç göndərilir. Buna görə də, qurban bayramına İsmayıl qurbanı da deyilir. Bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansız şəxslərlə bölüşmək və onları sevindirməkdir. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsənin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür. Qurban bayramında hər kəs sevinir. Varlılar - allaha xoş gedən əməli icra etdiklərinə və kasıbları sevindirdiklərinə görə, yoxsullar isə dünya nemətindən daddıqlarına və başqalarından gördüyü mərhəmətə görə. Bir sözlə, bu ayinin əsasında xeyirxahlıq və Allaha sevgi durur. Qurban bayramı bəndənin Allaha yaxınlaşması üçün bir vasitədir. Həcc ziyarətində olanlara Qurban kəsmək vacib buyrulur. Digər hallarda isə qurbanı imkanı olan şəxslər kəsməlidir. İmkanı ola-ola qurban kəsməyənlər isə bunun sədəqəsini verməyə borcludur. Şəriət qaydalarına görə, kəsilən heyvanlar sağlam və qüsursuz olmalıdır. Qurbanlıq adı ilə pulla ət alınması və satılması qəbuledilməzdir. Əgər qurban kəsənin özünün ehtiyacı varsa kəsilən ətin hamısını özünə götürə bilər. Qurban kəsmək üçün borc pula heyvan almaq islamda təqdir olunmur. Müqəddəs Qurani-Kərimin Həcc surəsində deyildiyi kimi, «Allaha çatan onların əti və ya qanı yox, sizini təqvanızdır, yəni səmimi qəlbdən etdiyiniz ibadətdir». Səmimi ibadətlərimiz bol, müqəddəs Qurban bayramımız mübarək olsun!

13:00 / 25.10.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 4863
Bu ay: 494145
Ümumi: 15260686
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın