/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Daha bir qrup zəvvar Həcc ziyarətinə yola salındı

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün daha bir qrup zəvvar Məkkəyə, Həcc ziyarətinə yola düşüb. Ümumilikdə bu il Həcc ziyarətinə 2600 nəfərin gedəcəyi planlaşdırılır. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə isə zyarətə getmək istəyənlərin sayı bu rəqəmdən daha çoxdur. Həcc ziyarətinə zəvvarları yola salmaq üçün bu il 12 təyyarə reysi ayrılıb. Artıq zəvvarları bir qrupu yola salınıb. Bu gün isə daha bir qrup 600-ə yaxın zəvvar yola salındı. Öncə zəvvarlar Bakıdan Ciddə şəhərinə oradan isə Məkkəyə gedəcəklər. Zəvvarlarla birlikdə həkimlərdə yola salınıb. Qeyd edək ki, birci qrupla yola salınan zəvvarlar artıq Məkkədədir və onlar kiçik Həcc yəni ümrə ziyarətini başa vurublar. Növbəti qrupla yola salınan zəvvarlar arasında isə həyacanllı olanlarda vardı. Xatırldadaq ki, müqəddəs Həcc ziyarəti 20 gün davam edəcək. Ziyarətlərini başa vuran zəvvarlarımız noyabrın 5- dən 12 kimi vətənə qayıdacaqlar. Bu müddət ərzində Mədinə Bakı marşurutu ilə noyabrın 5-8-ə kimi hər gün iki, 9-dan 12-ə kimi isə hər gün bir təyyarə zəvvarlarımızı vətənə qaytaracaq.

16:00 / 17.10.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 14100
Bu ay: 241943
Ümumi: 18440103
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın