/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Azərbaycan dilinin normalarına əməl edilmir

Şriftin ölçüsü:  11px13px15px17px

«Müasir Azərbaycan dilinin imkanlarından lazımınca və düzgün istifadə edilmir» Müvafiq dövlət proqramının icrasıyla bağlı işçi qrupun müzakirələrində belə deyilib. Bildirilib ki, prezidentin imzaladığı «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair» sənəd bu sahədə problemləri aradan qaldırmağa imkan verəcək. Son vaxtlar milli mətbuatda ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlər üzə çıxmaqdadır. Qəzet, radio, telekanallar, eləcə də internet mediada heç də hər zaman ədəbi dilin normaları qorunmur. Beynəlmiləl, yeni sözlərin dilimizə inteqrasiya etməsi, onlardan yerli-yersiz, uğurlu qarşılığı tapılmadan istifadə olunmasına gətirib çıxarıb. Ölkə prezidentinin təsdiqlədiyi dövlət proqramına əsasən, belə neqativ halların qarşısını almaq üçün tədbirlər planı hazırlanacaq. Mütəxəssislər bu problemləri aradan qaldırmaq üçün telekanallarda dilçilik ştatının açılmasının təklif edirlər. Mətbuatda və internet mediada vəziyyət daha acınacaqlıdır. Medianın bu qolunda ayrıca korrektor ştatı olmadığından ana dilinin normalarına uyğun olmayan vulqar və jarqon ifadələrə yer verilir. Qeyd edək ki, dövlət başçısının müvafiq sərəncamına əsasən, Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yaradılması nəzərdə tutulur. Müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün isə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi fəaliyyət göstərəcək.

19:00 / 27.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 5814
Bu ay: 338125
Ümumi: 20773390
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın