
Bakı Ali Neft Məktəbi sentyabrda «Neft-qaz mühəndisliyi» və «Kimya mühəndisliyi» ixtisasları ilə tədrisə başlayacaq. Bu barədə təhsil ocağının rektoru Elmar Qasımov bildirib. Onun sözlərinə görə, ali məktəbə bu il 100 tələbə qəbul ediləcək. Növbəti illərdə isə qəbul yerlərinin sayı artırılacaq, eləcə də, magistratura pilləsi üzrə qəbula başlanılacaq. Təhsil ocağında tədris ingilis dilində aparılacaq. Burada təhsil 5 il olacaq. Rektor bildirib ki, ali məktəb Böyük Britaniyanın Heriot–Vatt universiteti ilə əməkdaşlıq əlaqələri qurub. Tədris də bu unverisitetin proqramları əsasında aparılacaq. Bu səbəbdən də məzunlara iki diplom veriləcək.
16:00 / 25.07.2012