
Ağcabədidə bədbəxt hadisə baş verib. Yüksək gərginlikli elektrik xəttində iş görərkən, şəhər sakini 61 yaşlı Vahid Səfərovu elektrik cərəyanı vurub. O, hadisə yerindəcə dünyasını dəyişib. İlkin ehtimala görə, mərhum transformatora qeyri-qanuni müdaxilə etmək istəyib. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
19:00 / 24.07.2012