
Ali məktəblərə 3-cü ixtisas qrupu üzrə qəbul imtahanlarında bir nəfər 700 bal toplayıb. 600-dən yuxarı bal yığanların sayı 337 nəfər olub. Ümumilikdə, sənəd verən 30831 abituriyentdən 9038-u müsabiqədə iştirak etmək hüququ qazanıb. 700 bal toplayan yeganə abituriyent 72 saylı orta məktəbin şagirdi Xeyransa Əliyeva olub. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşunaslıq ixtisasını seçmək arzusunda olan Xeyransa ilk təəssüratlarını Lider televiziyası ilə bölüşüb.
19:00 / 18.07.2012