
«Azərbaycan Turizm İnstitutunun məzunları inkişaf etməkdə olan Azərbaycan turizmini ixtisaslı kadrlarla təmin etməkdə mühüm rol oynayır». Bu fikir Azərbaycan Turizm İnstitutunun məzun gesəsində səslənib. Bu il təhsil ocağını 210 tələbə bitirib. Onlardan 24-nə institutun diplomu ilə yanaşı, Avstiryanın Krems Tətbiqi Elmlər İnstitutunun da diplomu verilib. 4 nəfər isə magistr pilləsini bitirib. Rektor Cəfər Cəfərovun sözlərinə görə, indiyədək institutu bitirən məzunların 90 faizə yaxını ölkənin turizm sənayesində öz yerini tutub. Təhsil ocağı Azərbaycanda bir sıra yeniliklərə imza atıb.
13:00 / 13.07.2012