
Bakı Dövlət Universitetinin biologiya fakültəsinin nəzdində Zeiss optik mikroskopiya sinfi açılıb. Təhsil ocağında həmçinin reşə hazırlığı və rəqəmli təsvirin analizi üçün laboratoriyaları olan Karl Zeis arayış mərkəzinin yaradılması da nəzərdə tutulur. Laboratoriya 10 primo star tədris mikroskopları ilə təchiz olunub. Universitetin rektoru Abel Məhərrəmov laboratoriyanın açılmasını önəmli hadisə adlandırıb. Açılış mərasimindən sonra tərəflər arasında memorandum imzalanıb. Razılaşmaya görə, universitetin bazasında elmi praktiki seminarlar təşkil olunacaq.
13:00 / 11.07.2012