
Orta ümumtəhsil müəssisələrinin 11 və 9-cu sinif şagirdləri üçün sonuncu buraxılış imtahanı cənub rayonlarında keçirilib. Ümumilikdə 30 mindən artıq şagird 11 rayonda yaradılan 53 mərkəzdə imtahan verib. 11-cilərin imtahanı səhər saat 10-da, 9-cu sinif şagirdlərininki isə saat 15-də başlayıb. İmtahanların gedişini izləyən TQDK sədri Məleykə Abbaszadə şagirdlərin hər birinin attestat almaları üçün qaydaların yüngülləşdirildiyini qeyd edib. Həmçinin, bildirib ki, qəbul imtahanlarında bölgələrdən daha çox abituriyentin iştirakını təmin etmək üçün tədbirlər görülür.
19:00 / 29.06.2012