/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Udinlər pasxa bayramını qeyd ediblər

Şriftin ölçüsü:  11px13px15px17px

Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər də «Pasxa» bayramını qeyd ediblər. Qəsəbədəki qədim Alban kilsəsində təşkil edilən bayram mərasimində yüzlərlə pravoslav udin, xarici qonaqlar, eləcə də rayon rəsmiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Artıq altıncı ildir ki Nic kəndində pravoslav udinlər «Kala Axsıbay» dedikləri bayramlarını təntənəli şəkildə qeyd edirlər. Qafqazda xristianlığı ilk qəbul edən alban xalqının nümayəndələri hesab olunan udinlər düz 172 il rus-erməni dini təcavüzünə məruz qalıblar. Belə ki, Rus çarı udinlərin kilsələrini erməni kilsəsinə qataraq, özlərini də ermənilərə tabe olmağı tapşırıb. Buna etiraz edən udinlər kütləvi bayramlar keçirməyiblər. Azərbaycan müstəqillik əldə etdikdən və dövlət tərəfindən əsas kilsənin bərpasından sonra udinlər yenidən dini bayramlarını qeyd edirlər.

13:00 / 16.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 4838
Bu ay: 88646
Ümumi: 17802817
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın