/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Texniki elmlərə maraq getdikcə artır

Şriftin ölçüsü:  11px13px15px17px

Gənclər arasında texniki elmlərə maraq getdikcə artır. Son illər əvvəlki dövrlərə nisbətən ali məktəblərə qəbul imtahanı zamanı abituriyentlər daha çox texniki fənnləri üstünlük verirlər. Tariyel Qəniyev humanitar sahədə uğur qazananlardandır. Deyir ki, dövlətin tanınmasında, bütün dünyaya təbliğ olunmasında humanitar sahənin önəmli rolu var. Cəmiyyətdə də onun kimi düşünənlər az deyil. Apardığımız sorğu da bunu sübut edir. Amma rəsmi statistikaya görə, son 5 ildə texniki elmlərə maraq artıb. Bakalavr, magistratura və hətta doktoranturaya sənəd verənlərin əksəriyyəti texniki sahəyə maraq göstərir. Təsadüfi deyil ki, təkcə 2011-ci ildə qəbul imtahanlarında iştirak üçün ərizə verən 107 min 484 nəfərdən 74 min 614-ü dəqiq elmləri üstün tutub. Texniki elmlərin inkişafı ölkənin ümumi inkişafına ciddi təsir göstərir. Hər bir ölkənin tərəqqisi daha çox fundamental – riyaziyyat, fizika, kimya və tibb elmlərilə bağlı olur. İnkişaf etmiş ölkələr də məhz texniki elmlərə üstünlük verildiyi üçün uğur qazana bilib. Ali məktəblərə bu ilki qəbul prosesində də abituriyentlərin yenə texniki elmlərə üstünlük verəcəyi proqnozlaşdırlır. Mütəxəssislər deyirlər ki, bu sahəyə marağın artması müsbət haldır. Amma texniki elmlərin tədrisinin səviyyəsinin də yüksəldilməsinə ehtiyac var.

16:00 / 10.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 6
Bu gün: 4008
Bu ay: 409863
Ümumi: 20845128
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın