/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Ümumdünya sağlamlıq günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

7 aprel ümumdünya sağlamlıq günüdür. Hər ilin bu günü Dünya Səhiyyə Təşkilatı diqqəti prioritet sayılan bir mövzuya çəkməyə çalışır. Sağlamlıq gününün bu ilki mövzusu sağlam qocalmadır. 1950-ci ildən başlayaraq, hər il aprelin 7-də dünya sağlamlıq günü qeyd edilir. Bu gün diqqəti səhiyyə sahəsindəki beynəlxalq problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. Bu ilin şüarı isə belədir: «Sağlamlıq ömrü uzadır». Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhəd Əliyev uzun illər güləşlə məşğul olub. Deyir, həyatını idmansız təsəvvür edə bilmir. Mütəxəssislərin fikrincə, sağlam qocalığın təməli uşaqlıqdan qoyulmalıdır. İrqindən, cinsindən və milliyyətindən asılı olmayaraq, qocalıq hər kəs üçün qaçılmazdır. Amma sağlam qocalmaq öz əlimizdədir. Paytaxt sakinləri arasında keçirdiyimiz sorğudan məlum oldu ki, heç də hər kəs sağlamlığının qeydinə qalmır. 1980-ci ildən bəri dünyada 60 yaşdan yuxarı olan şəxslərin sayı 2 dəfə artıb. 2050-ci ildə isə yaşlıların sayının 2 milyarda çatacağı proqnozlaşdırılır. Yaşlı insanlar müdriklik simvoludur. Buna görə də, onların sağlamlığı bütöv bir cəmiyyətin sağlamlığı deməkdir.

13:00 / 07.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 11654
Bu ay: 91002
Ümumi: 17311455
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın