
Bakıda ətraf mühitin mühafizəsi üzrə altıncı beynəlxalq layihə olimpiyadası keçirilir. Müsabiqəyə 42 ölkədən 400-ə yaxın şagird qatılıb. Onların qiymətləndirilməsi sabah baş tutacaq.
Ətraf mühitin mühafizəsi üzrə beynəlxalq layihə olimpiyadasında ekoloji problemlərin həllinə diqqət yönəldilir. Sayca altıncı dəfə keçirilən müsabiqəyə 42 ölkədən 400-ə yaxın məktəbli qatılıb. Azərbaycanı isə 70-dən çox məktəbin şagirdi təmsil edirlər. Təqdim olunan layihələr maraqla qarşılanıb.
Əcnəbi şagirdlər də layihələrinin olipimiyadada layiqli yer tutacağına əmindir.
Olimpiyada çərçivəsində bir sıra ölkələrin təmsilçiləri öz mədəniyyətlərini də nümayiş etdirlər.
Təşkilatçılar bildirirlər ki, olimpiyadaya təqdim olunan layihələrin qiymətləndirilməsi prosesi çox çətin olacaq. Çünki hər bir layihə çox maraqlıdır.
Beynəlxalq olimpiyadanın qalibləri 1 qızıl, 2 gümüş və 4 bürünc meddalla mükafatlandırılacaq.
16:00 / 06.04.2012