
Bakı Dövlət Universitetinin Elmi Şurasının iclası keçirilib. İclasda 2011-ci ildə universitetin fəaliyyətində nəzərəçarpan yeniliklər və görülən işlərin yekunları ilə bağlı hesabat dinlənilib. Bildirilib ki, bu dövrdə elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatlar aparılıb. Bir sıra elmi layihələr və proqramlar həyata keçirilib. Universitetin rektoru Abel Məhərrəmov təmsil etdiyi ali məktəbin Milli Elmlər Akademiyası və digər elmi müəssisələrlə gücünü birləşdirmək niyyətində olduğunu açıqlayıb.
16:00 / 04.04.2012