/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Bəzi xəstəliklər insanın doğulduğu mövsümlə bağlıdır

Şriftin ölçüsü:  11px13px15px17px

Allergiya və şizofreniya xəstələrinin əsasən qışda doğulduğunu bilirdinizmi? İnsanlarda yaranan bəzi xəstəliklər doğulduğu fəsillə bağlıdır. Alimlərin araşdırmaları qışda doğulmuş insanların allergik xəstəliklər və şizofreniyaya, yay doğumlu insanların isə genetik xəstəliklərə meyilli olduğunu aşkarlayıb. İşıq əsəb sistemini formalaşdırır. İnsanın dünyaya gəldiyi ilk günlərdə təbii işığı görüb-görməməsi isə onun gələcək həyatında böyük əhəmiyyət daşıyır. Boloniya Universitetinin 1500 yeniyetmə arasında apardığı araşdırma yayda doğulmuş uşağın gün işığında uzun müddət qaldıqdan sonra mövsümi affekt nasazlığa meyilli olduğunu sübut edib. Lakin psixoloqlar bunun sadəcə ehtimal nəzəriyyəsi olduğunu düşünür. Yeniyetmələrdə əhval-ruhiyyə sıçramaları adətən harmonal dəyişikliklər, qarşılıqlı münasibətlərdəki problemlərlə əlaqələndirilir. Lakin araşdırmalar göstərir ki, bu, uşaq doğularkən proqramlaşdırılmış xüsusiyyətlərlə bağlıdır. Əgər həqiqətən də insanın dünyaya gəldiyi mövsüm onun gələcək həyatına təsir edirsə əlimizdən heç nə gəlmir. Sadəcə olaraq sağlamlığımıza diqqət etməklə bunlardan xəsarətsiz keçə bilərik.

16:00 / 27.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 11376
Bu ay: 90724
Ümumi: 17311177
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın