/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Elektron işıqforların quraşdırılması sürətləndirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Paytaxt küçələrində elektron işıqforların quraşdırılması sürətləndirilir. Yaxın vaxtlarda mərkəzi küçə və prospektlərin tamamilə belə işıqforlarla təchiz olunması planlaşdırılır. Tədricən digər küçələrdə də onlara rast gəlmək mümkün olacaq. İndiyədək paytaxtda quraşdırılmış işıqforlar estetik tələblərə cavab versə də, onların nəqliyyatı intellektual idaretmə sisteminin ikinci fazası çərçivəsində rəqəmli işıqforlarla əvəzlənməsi planlaşdırılır. Yaxın vaxtlarda mərkəzi küçə və prospektlər tamamilə belə işıqforlarla təchiz olunacaq. Sürücülər, eləcə də piyadalar elektron işıqforların tətbiqindən məmnundur. Paytaxt sakinləri analoji işıqforların əksər yollarda quraşdırılmasının tərəfdarıdır. Elektron işıqforların Bakının 150 yolayrıcında quraşrıdılması planlaşdırılır. Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov deyir ki, elektron işıqforların nəqliyyatı intellektual idarəetmə sisteminə qoşulması paytaxt küçələrindəki tıxaclara tez reaksiya verməyə və işıqforlar vasitəsi ilə onların aradan qaldırılmasını təmin etməyə imkan verəcək. Onu da qeyd edək ki, zəruri hallarda yolların boşaldılması məqsədilə nəqliyyatı intellektual idaretmə mərkəzindən nəqliyyat-siqnal sisteminə müdaxilə edilməsi də mümkündür.

16:00 / 09.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 12496
Bu ay: 421912
Ümumi: 13911528
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın