/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Sərnişin avtobuslarının qəza törətmə halları artıb

Şriftin ölçüsü:  11px13px15px17px

Son günlər paytaxtda sərnişin avtobuslarının qəza törətmə halları artıb. Demək olar ki, hər gün sərnişin avtobusunun qəzaya uğradığını, bir neçə nəfərin xəsarət aldığını eşidirik. Yol qəzalarının əksəriyyəti avtobus sürücüsünün günahı üzündən baş verir. Əsas səbəb isə sürücülərin avtobusu həddindən artıq yüksək sürətlə idarə etməsi, sürücülük təcrübəsi olmadan sükan arxasına oturması və yol-hərəkət qaydalarını pozması kimi neqativ hallardır. Zaur Nəsirov 18 ildir ki, sərnişin avtobusu sürür. Dediyinə görə bu peşə böyük səbr tələb edir.
Zaur deyir ki, sərnişin daşıyan hər bir sürücü o qədər peşəkar olmalıdır ki, yolda rastlaşdığı bütün maneələrdən keçməyi bacarsın.
Amma təəssüf ki, həmişə belə olmur. Son zamanlar sərnişin daşıyan avtobuslarda qeydə alınan dəhşətli yol qəzaları bir daha sübüt edir ki, sərnişindaşımada vəziyyət heç də ürəkaçan deyil. Nizami rayon Dövlət Yol Polisi ilə birgə keçirdiyimiz reyd zamanı bir daha müəyyən etdik ki, sürücülərin avtobusları təhlükəli idarə etməsi, hətta yola sənədsiz çıxmaları belə hadisələrin yenidən təkrarlana biləcəyi ehtimalını artırır.
Sərnişinlərin öz həyatını etibar etdiyi bu sürücünün ona nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sürücülük vəsiqəsi ümumiyyətlə yoxdur. Amma o, hər gün yüzlərlə sərnişin daşıyır. Bu, keçirdiyimiz reyd zamanı rast gəlinən yeganə hal olmadı. Təəssüf ki, qeydə alınan yol qəzalarının çoxu məhz belə səhlənkar və səriştəsiz sürücülərin ucbatından baş verir. Maraqlı faktlardan biri də odur ki, saxlanılan sürücülər hamısı sənədlərinin müdiriyyətdə olduqlarını deyir.
Araşdırmalar göstərir ki, sürücülərlə yanaşı, avtobus sahibi olan fiziki və hüquqi şəxslər də qanunsuzluqlara yol verirlər. Avtobusları sənədsiz sürücülərə həvalə etməkdən çəkinmirlər. Marşurut sahiblərinə güvənən avtobus sürücüləri isə yol hərəkəti qaydalarını arxayınlıqla pozur və yolda sərnişin dolu avtobusu istənilən vaxt istədiyi halda idarə edir. Nəticədə isə yollarda ağır qəzalar baş verir və sərnişinlər real təhlükə ilə üzləşirlər.
Sərnişinlər özləri də hər gün üzləşdikləri belə təhlükəli hallara biganə yanaşırlar. Hətta onlar iradlarını sürücülərə deyil, polislərə bildirirdilər. Amma narahat olan sərnişinlər də tapıldı.
Biz heç də bu halları bütün sərnişindaşıyan avtobuslara şamil etmək istəmirik. Araşdırmalar zamanı nümunəvi avtobus sürücülərinə də rast gəldik. Bölmə rəisi Vaqif Əsədov bildirdi ki, dəfələrlə sərnişindaşımada keçirilən təhlükəsizlik aylığında 65, 85, 61, və bir neçə marşrut xətti üzrə işləyən sürücülər yüksək mükafatlara layiq görülüblər. Bu marşurutda çalışanlar özlərinə məxsus dipetçer xidməti tərəfindən hər gün - geyimindən tutmuş, avtobusların səliqəsinə qədər yoxlanıldıqdan sonra xəttə buraxılırlar. Sərnişindaşımada digər və ən vacib problemlərdən biri də sərnişinlə dolu avtobusların yanacaqdoldurma mənətəqələrinə daxil olmalarıdır. Dəfələrlə bu problemə toxunulsa da, əfsuslar oslun ki, buna heç bir məhəl qoyulmur. Xüsusi təhlükəli yer hesab olunan yanacaqdoldurma məntəqəsində hər hansı şəxsin səhlənkarlığı onlarla insanın həyatı bahasına başa gələ bilər. Bəzi avtobus qarajlarında xüsusi yanacaqdoldurma məntəqələri yaradılıb və sürücülər işini başa vurduqdan sonra qaraja gələrək yanacaq çənlərini doldurur.
Sərnişinlərlə dolu avtobusların yanacaqdoldurma məntəqəsinə girməsi müvafiq qurumlar tərəfindən sürücülərin təlimatlandırılmadığını göstərir. Bu problemin aradan qaldırılması üçün hər bir avtobus qarajlarında yanacaqdoldurma məntəqələri fəaliyyət göstərməlidir. Gün ərzində sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitələrində yaşanan neqativ hallar təhlükəsizlik baxımından sözün əsl mənasında həyəcan təbili çalmağın vaxtının çatdığından xəbər verir. Sonra gec ola bilər.

19:00 / 07.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 12659
Bu ay: 422075
Ümumi: 13911691
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın