/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

2012-2013-cü tədris ili üçün tələbə qəbulu qaydaları açıqlandı

Şriftin ölçüsü:  11px13px15px17px

2012-13-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəsisələrinə tələbə qəbulu qaydaları açıqlanıb. Qaydalar «Abituriyent» jurnalının birinci sayında dərc olunub. Ali və orta ixtisas təhsili müəssislərinə ərizə qəbulu internet vasitəsi ilə həyata keçiriləcək. Abituriyent elektron ərziəni dolduraraq, müvafiq sənədləri tqdk tərəfindən yaradılmış komissiyaya şəxsən təqdim etməlidir. Komissiyanın sədri Məleykə Abbaszadə deyir ki, bu ildən bütün qruplarda iki imtahan fəninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından beşi açıq tipli olacaq. Ali təhsil müəssisələrinin üçüncü qrupunda olan ixtisaslar alt qruplara bölünməyəcək və bu qrupda imtahan balları vahid qaydada hesablanacaq. Həmin qrup üzrə ana dili və tarix əsas fənlər hesab olunacaq və fənlərin çəki əmsalları isə belə olacaq. Ana dili – 2; tarix – 2; riyaziyyat – 1; ədəbiyyat – 1; xarici dil – 1. Abituriyent jurnalının bu sayında həm də yeni test modelləri dərc edilib. Martın 4-də ali təhsil müəsisələrinin magistratura pilləsinə keçirilmiş qəbul imtahanlarının birinci mərhələsininin nəticələri də artıq hazırdır. Nəticələrlə komissyanın saytı vasitəsi ilə tanış olmaq olar. «Abituriyent» jurnalının birinci sayını isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısındakı köşkdən almaq və ya www.abiturient.az sayıtından sifariş etmək mümkündür.

13:00 / 07.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 965
Bu ay: 164240
Ümumi: 18362400
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın