/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslar yekunlaşıb

Şriftin ölçüsü:  11px13px15px17px

Dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün fevralın 19-dan başlayan seminar-müşavirələr bu gün yekunlaşıb. 3 gün davam edən təlimlərdə iştirakçılara qarşıdan gələn prezident seçkisi ilə bağlı zəruri məlumatlar verilib. Gəncədə təşkil olunan seminara şəhər icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının nümayəndələri, habelə seçki məcəlləsinə əsasən prosesdə iştirak edən digər subyektlər qatılıblar. Toplantıda seçki komissiyalarının iş prinsipi və bu istiqamətdə müəyyən qurumların üzərinə düşən vəzifələr MSK-nın əməkdaşları tərəfindən izah edilib. Seçki qanunvericiliyinin təbələrindən irəli gələn “müşahidəçilərin hüquq və vəzifələri”, “Seçki prosesində aşkarlkıq prinsipi” kimi mövzular ətrafında müzakirələr aparılıb. Seçki hüquqlarının pozulmasına görə nəzərdə tutulan qanunvericilik aktları və məsuliyyət növləri diqqətə çatdırılıb. 59 saylı Salyan seçki dairəsində də seçki hüquqları üzrə üç günlük ixtisaslaşdırılmış kurslar keçirilib. DSK üzvləri və məntəqə sədrlərinin iştirak etdiyi yekun məşğələdə çıxış edən rayon prokuroru firdovsi nemətli iştirakçılara “Seçki subyektləri, seçkidə iştirak hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” haqda ətraflı məlumat verib. Dairə Seçki Komissiyasının sədri Səlamət Kərimov isə “Azərbaycan Respublikası prezidenti seçkisinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi mövzusunda çıxış edib.

Nəzakət Ağayeva

19:00 / 21.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 9
Bu gün: 3964
Bu ay: 299065
Ümumi: 7854164
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın