/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərinin 4-cü toplantısı keçirildi

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərinin 4-cü toplantısı keçirilib. Prezident İlham Əliyev toplantıda iştirak edib. Əvvəlcə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərinin 4-cü toplantısının iştirkçıları birgə foto çəkdirdilər. Prezident İlham Əliyev toplantıda iştirak edən ölkələrlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğuladı, layihənin icrasının şirkətlərin qəti sadiqliyi sayəsində mümkün olduğunu bildirdi. Cənub qaz dəhlizi layihəsinə dünyanın aparıcı maliyyə təsisatlarının öz töhfələrini verdiyini deyən dövlət başçısı vurğuladı ki, irimiqyaslı layihələrin reallaşdırılması güclü və effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır. “Cənub qaz Dəhlizi Məşvərət Şurasının yaradılmasında məqsəd səylərimizi əlaqələndirməkdir” deyən prezident İlham Əliyev bu layihənin həyata keçirilməsini Azərbaycanın strateji məqsədlərindən biri olduğunu bildirdi, onun icrasının enerji ehtiyatlarından istifadəyə, insan kapitalına və infrastrukturun yaradılmasına uzunmüddətli tövhə verdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev cənub qaz dəhlizi ilə bağlı indiyə qədər görülən işlərdən danışarkən vurğuladı ki, artıq işlər həlledici mərhələyə daxil olub və 2017-ci il layihənin keçirilməsində mühüm il olub. Bu layihənin iqtisadi inkişafa, regional əməkdaşlığa tövhə verdiyini deyən dövlət başçısı onun enerji ehtiyatlarının daşınması ilə bağlı layihələrə də güclü dəstək verdiyini diqqətə çatdırdı. Bu baxımdan ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars yeni dəmiryolu xəttinin əhəmiyyətini vurğuladı, bu xəttin Avropa ilə Asiya arasında ən qısa marşrut olduğunu, yüklərin danışınması üçün sərf edilən vaxtın iki dəfə azaltdığını bildirdi. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq olmadan bu layihələrin reallaşdırılmasının mümkünsüzlüyünü vurğulayan prezident İlham Əliyev çıxışında Avropa İttifaqı ilə əlaqələrə toxunaraq hazırda Azərbaycanla qurum arasında hazırlanan yeni tərəfdaşlıq sazişinin əməkdaşlıq üçün yeni format yaradacağını qeyd etdi. Energetika naziri Pərviz Şahbazov bu tədbirin əməkdaşlığı daha da gücləndirdiyini vurğulayaraq Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan və Avropa üçün əhəmiyyətindən danışdı. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də Cənub qaz dəhlizi layihəsinin strateji əhəmiyyət daşıdığını bildirdi, layihə üzrə görülən işlərin cədvələ uyğun getdiyini vurğuladı və bu layhənin icrasına verdiyi dəstəyə görə prezident İlham Əliyevə təşəkkür etdi. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti layihə çərçivəsində ilk qazın bu il Türkiyəyə nəql olunacağını gözlənildiyini, 2020-ci ildə isə Avropaya çatdırılmasının proqnozlaşdırıldığını bildirərək layihə çərçivəsində məhsuldar əməkdaşlıqdan məmnun olduğunu qeyd etdi. Sonra toplantı işini plenar sessiyalarla və “dəyirmi masa” ilə davam etdirdi.

19:00 / 15.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 10110
Bu ay: 227484
Ümumi: 6184875
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın